Nida Təhlil
Bir ay ərzində sülh sazişi imzalanacaqmı? – İrəvanın konstitusiya həmləsi
Ermənistan Azərbaycanla sülh sazişini bir ay müddətində imzalamağa hazır olduğunu rəsmi şəkildə elan etdi. Tərəflər arasındakı ziddiyyətləri nəzərə aldıqda bunun bir ay müddətində baş tutması çətin görünür. Əslində rəsmi İrəvanın açıqlaması da sülh sazişinin bu müddətdə imzalanmasından daha çox, Bakının tələblərini gündəlikdən çıxarmaq məqsədi daşıyır.
Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasını dəyişdirilməsi tələbini yenidən dilə gətirdi və konstitusiya dəyişmədiyi müddətdə sülh sazişinin mümkünsüz olduğunu bəyan etdi. Bu, rəsmi Bakı tərəfindən dəfələrlə irəli sürülən tələbdir.
Ermənistan hakimiyyəti əvvəlcə konstitusiyanın dəyişdirilməsi məsələsini aktuallaşdırsa da, sonradan bunu arxa plana keçirdiyi müşahidə edilir. Mövqe dəyişikliyi daha çox daxili etirazdan qaynaqlanır, xüsusilə Qazax-Tavuş istiqamətində demarkasiya işlərinin aparılması fonunda baş verənlər və hakimiyyətə qarşı ictimai dəstək qazanmasa belə, kilsə-diaspor ittifaqının hücuma keçməsi Paşinyanı narahat edir. Buna görə konstitusiyanın dəyişdirilməsinin daxili məsələ olduğunu, danışıqların gündəliyinə daxil edilmədiyini dilə gətirir, Əliyevin tələbini də Ermənistanın “daxili işinə müdaxilə” adlandırırlar. Halbuki, Azərbaycana qarşı ərazi iddialarının hüquqi aktlarında yer alması bu ölkənin daxili işi ola bilməz. Rəsmi İrəvan da anlayır ki, Bakının tələbi haqlıdır, bunu arxa plana keçirmək məqsədilə iki gediş edir.
- konstitusiya dəyişikliyinə getmədən sülh sazişinin bir ay müddətində imzalamaq istədikləri bəyan edirlər;
- sülh danışıqlarının detallarını ictimailəşdirirlər: Ermənistan XİN-in açıqlamasında qeyd olunur ki, “sülh sazişi layihəsində razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz”.
Bu müddəa Ermənistan konstitusiyanı dəyişmədən sülh sazişi imzalamağa imkan verir, lakin iki məsələdə problemlidir.
Birincisi, konstitusiya dəyişmədən imzalanacaq sülh sazişi davamlı olmayacaq: siyasi situasiya dəyişərsə, İrəvan kontitusiyaya istinadən bu müddəadan imtina edə bilər;
İkincisi, Ermənistan konstitusiyasında təkcə Azərbaycana qarşı yox, Türkiyəyə qarşı da ərazi iddiaları var və Bakının tələbi həm də Ankaranın mövqeyinin qəbul etdirilməsindən qaynaqlanır;
Asif Nərimanlı
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq

























.jpg)










