Nida Təhlil
Moskva-İrəvan xəttində Qarabağ toqquşması - Bakının cavabı necə ola bilər?
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Qarabağı Azərbaycana qaytardı” açıqlamasının İrəvanın məğlubiyyətə görə günahı Moskvanın üzərinə qoymaq və xarici siyasətdə oriyentasiya dəyişikliyini əsaslandırmaq xəttinin davamı olduğu bəllidir. Rəsmi Bakı İrəvan-Moskva xəttindəki “ritorik müharibədə” motiv kimi Qarabağın istifadə edilməsini cavabsız qoymamalı idi, yüksək səviyyədə cavab verildi də.
Bununla yanaşı, Rusiyaya da müəyyən mesajların çatdırılması zərurəti yaranır. Çünki Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qriqoryana verdiyi cavab Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu.
Zaxarova Qriqoryanı “öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə” ittiham edib və bununla Qarabağın işğalçı ermənilərə “məxsusluğu” iddiasını da irəli sürüb. Moskvanın belə sətiraltı iddiaları yeni deyil, hərçənd, Rusiyadan rəsmi səviyyədə səslənən bu iddialar ikitərəfli münasibətlərdə gərginliyi tətikləyir.
Bu situasiya Bakının rəsmi şəkildə Moskvaya cavab verməsi zərurətini yaratsa da, bunun diplomatik kanallarla çatdırılması daha məqbul olardı. Çünki rəsmi cavab İrəvan və Moskva arasındakı hesablaşmanın “ritorik xəttinə” Bakının da qoşulması ilə nəticələnəcək. Ki, bunun Azərbaycana faydası yoxdur. Nəzərə almaq lazımdır ki, rəsmi Bakının bu rotirik qalmaqala qoşulması Moskva ilə münasibətlərin gərginləşməsi baxımından ermənilərə sərf edir. Bu baxımdan, Moskvaya bu cür açıqlamaların qəbuledilməz olduğu diplomatik kanallarla çatdırılmalıdır.
Asif Nərimanlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)


.jpg)













