Nida Təhlil
HƏMAS liderini kim satıb? – Tehran əməliyyatında şübhələr...
İsmayıl Haniyənin öldürülməsi HƏMAS hərəkatının siyasi qanadının sıradan çıxarılması mərhələsinin başlanması deməkdir. Əsas hədəfi HƏMAS-ı yox etmək olan İsrail Qəzzada tamamilə buna nail ola bilməz: qruplaşmanın hərbi qanadı üzərində uğur qazansa belə, HƏMAS məsələsini bitirmək üçün onun siyasi rəhbərliyi də aradan qaldırılmalıdır.
Bu, Haniyənin ölümünə qədər çətin görünürdü. Çünki Qəzzadan kənarda olan HƏMAS-ın siyasi rəhbərliyi Qətərdə mənzillənmişdi və kifayət qədər yaxşı qorunurdu. Haniyə Qətəri tərk etdikdən sonra – Tehranda öldürüldü və bu amil birdən çox açıq sual yaradır:
- Haniyənin İranda təhlükəsizliyi təmin edilməyibmi?
- Onu İran daxilində satanlar ola bilərdimi?
- HƏMAS lideri niyə İran prezidentinin inaqurasiya mərasimində hədəf seçildi?
Haniyənin Pezeşkianın inaqurasiyası zamanı öldürülməsinin İran-Qərb təmaslarını baltalamaq məqsədi daşıdığı versiyası real görünür, xüsusilə Tehranın nüvə danışıqlarına başlamaq istəyi fonunda. Və bu, İsrailin marağındadır. Hərçənd, Haniyənin Qətərdə yox, məhz İranda açıq hədəf olmasının da burada rol oynadığı istisna edilməməlidir. Bunun iki mümkün səbəbi ola bilər.
Birincisi, İsrailin İranda daha geniş casus şəbəkəsi mövcuddur: indiyə qədər həyata keçirdikləri əməliyyatlar da bunu deməyə səas verir.
İkincisi, Haniyəni İsrailə İranın özü, yaxud rejim daxilindəki qüvvələr qurban verib.
İkinci versiya birinci ilə müqayisədə daha zəifdir. HƏMAS liderinin İranda, məhz prezidentin inaqurasiya mərasimində iştirak məqsədilə səfəri zamanı öldürülməsi bu ölkənin təhlükəsizlik imicini alt-üst edir, həm də Pezeşkianı daha sərt siyasi xətt izləməyə məcbur edəcək. Bu baxımdan, Haniyənin ölümündə İranın əlinin olmadığı fikri ön plana çıxa bilər. Lakin bu, şübhələri aradan qaldırmır.
1. Pezeşkianın Qərblə normallaşma siyasətinə təkcə İsrail yox, İran daxilindəki qüvvələr də “isti yanaşmır”: Haniyəni qurban verənlərin daxili qüvvələr olması da istisna edilməməlidir;
2. Qəzza müharibəsinin başlanmasına zəmin yaradan HƏMAS-ın “7 oktyabr” hücumunun İran tərəfindən təşviq edildiyi ehtimalları kifayət qədərdir (bu haqda daha öncə yazmışıq): bu hücum İsrailə Qəzzanı bombalamağa – HƏMAS-ın hərbi qanadını məhv etməyə imkan yaratdı. İndi “siyasi qanadın sıradan çıxarılmasında İran İsrailə yenidən “pas ötürür?” sualı önə çıxır.
Asif Nərimanlı
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?


























.jpg)











