Nida Təhlil
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü
Rusiyanın Sankt-Peterburq şəhərində mədəniyyət və incəsənət sahəsində "Ermitaj" mükafatının təqdimetmə mərasimi baş tutub.
Publika.az xəbər verir ki, təntənəli mərasim ikinci dəfədir ki, Qış Sarayının Müqəddəs Georgi zalında keçirilir.
Builki mükafatın laureatları Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, musiqiçi Polad Bülbüloğlu və Rusiyanın Xalq artisti, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının yaradıcısı və rəhbəri, Sankt-Peterburqun fəxri vətəndaşı Boris Eyfman olub. Mərasimdə Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun ifasında "Qorxma, mən səninləyəm" filmindən "Necə yaşadıq, döyüşərək" kompozisiyası səsləndirilib.
Qeyd edək ki, "Ermitaj" mükafatı mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun möhkəmləndirilməsi sahəsində nailiyyətlərə görə Rusiyadan və xaricdən olan görkəmli mədəniyyət xadimlərinə verilir.
Mükafat Ermitajın məşhur eksponatı - Kolıvan vazasının kiçik nüsxəsi şəklindədir. (Oxu.az)
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
















.jpg)





.jpg)





.jpg)










