Nida Təhlil
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
Paşinyanın Fransada Makronla Ermənistana daşınan silahların marşrutunu da müzakirə edəcəyi istisna deyil.
İlin əvvəlində Ermənistana silahların daşınması üçün Paris-Afina-Tbilisi-İrəvan marşrutu müəyyənləşsə də, Gürcüstanın mövqeyi, xüsusilə ağır texnika və hücum silahlarının keçidinə razı olmaması daha uzaq olan marşrutdan - Fransa-İran, Fransa-Hindistan və Hindistan-İran – istifadə məcburiyyəti yaratdı.
Məlumatlara görə, iyul-avqust aylarında Ermənistana SEZAR artilleriya qurğuları, onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri ilə yanaşı, R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri, 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ istehsalı olan 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri verilib. Silahların çatdırılmasını Fransa koordinasiya edir.
Silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Hindistandan Ermənistana daşınan silahlar (həm Hindistan, həm Fransa istehsalı olanlar) isə İranın “Bəndər-Abbas” dəniz limanına gətirilərək, buradan Ermənistana aparılır.
İsrail-İran qarşıdurması və bölgədə yaranan gərginlik Ermənistan üçün vacib olan silah marşrutunu da təhlükə altına salır. Paşinyan Makronla bu məsələni müzakirə edə, daha təhlükəsiz və asan olan Paris-Afina-Tbilisi-İrəvan marşrutunun işə düşməsi üçün Gürcüstanın razı salınması, yaxud təzyiqlərin edilməsini istəyə bilər. İstisna deyil ki, sentyabrın 16-da Gürcüstana gedən erməni baş nazir Tbilisini razı salmağa çalışıb və Makronla həm də bu səfərinin nəticələrini müzakirə edəcək.
Asif Nərimanlı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)














