Nida Təhlil
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan maddələrdən üçünün qismən razılaşdırıldığını bildirib.
Politoloq Fərhad Məmmədov Publika.az-a bildirib ki, Azərbaycan bu üç bənddə əks olunan məqamları Ermənistanla münasibətlərdə prinsipial hesab edir.
Onun sözlərinə görə, Azərbaycan məhz bu səbəbdən həmin bəndlər olmadan müqavilənin imzalanması ilə razılaşmayacaq:
“Danışıqlar prosesində belə bir qayda var ki, haqqında müzakirələrin getdiyi məsələlərin danışıqlar prosesindən çıxarılması digər razılaşdırılmış maddələrin də üstündən xətt çəkmək deməkdir. Bu üç bəndin önəmi çox vacib olduğu üçün Azərbaycan müqavilənin imzalanmasında razılığa gəlmir.

İkinci məqam ondan ibarətdir ki, müqavilənin hazırki vəziyyətdə imzlanmısandan sonra Ermənistanın sözügedən üç bəndlə bağlı hansı mövqe sərgiləyəcəyinin zəmanəti yoxdur.
Bu günə qədər Ermənistan rəhbərliyi öz istəyi ilə çox az iş görüb. Ona görə Azərbaycan bu müqavilənin uzunmüddətli və dayanıqlı olması üçün məhz bu prinsipial məqamların müqavilədə qeyd edilərək imzalanmasının tərəfdarıdır”.
Roza Şəfiyeva
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi




































