Nida Təhlil
Azərbaycanın bütövləşdiyi, suverenliyinin bərpa olunduğu şərəfli tarix - Zəfər Günü
44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edilib. Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür. 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi, Xocavənd, Xocalı və Ağdərə Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Bu gün münasibətilə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Publika.az-a açıqlama verib.
O qeyd edib ki, hər xalqa zəfər günü nəsib olmur:
“Hər dövlət başçısı xalq və iqtidar birliyini yarada, hər xalq 30 ildən sonra düşmənindən intiqam ala bilmir. 1921-ci il iyulun 5-də Rusiya Kommunist (bolşeviklər) partiyası Qafqaz Bürosu Qarabağın dağlıq hissəsində Şuşa mərkəz olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərara müvafiq olaraq 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi bədnam Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret imzaladı. Beləliklə də muxtar qurum yaradıldığı gündən Azərbaycanın tarixi torpaqlarında separatçı yuvası kimi tanındı və Azərbaycandan ayrılıb Ermənistana birləşmək üçün vaxtaşırı cəhdlər edirdi. Təəssüflər olsun ki, SSRİ dağılan ərəfədə bütün erməni-daşnak qüvvələri Qarabağı işğal edə bildilər. Qərb dövlətləri və nüfuzlu təşkilatlar 30 il Qarabağ problemi ilə məşğul olandan sonra məlum oldu ki, onlar işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaq iqtidarında deyillər.
Ümummilli lider 2003-cü ilin aprelində bu gün adını daşıyan sarayda kursantına vəsiyyətini etdi: Qarabağ düşmən tapdağı altında qala bilməz. Sən onu azad etməlisən! Ümummilli lider Azərbaycan əsgərinə rəhbərlik edən Ali Baş Komandanı da təqdim etdi. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, Azərbaycan xalqı ümummilli liderin müraciətinə cavab olaraq 2003-cü ilin prezident seçkilərində İlham Əliyevə yekdilliklə səs verdi. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xalq və iqtidar birliyini ən yüksək səviyyəyə qaldırdı. Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan etdi, güclü iqtisadiyyat yaratdı və on yeddi illik hakimiyyəti dövründə öz əsgərindən bir gün belə ayrı qalmadı.
Beləliklə, Ali Baş Komandan erməni-daşnak işğalına son qoymaq, Ermənistanın havadarlarına dərs vermək, Azərbaycan xalqının qəhrəmanlığını dünyaya bəyan etmək üçün xalqını Vətən Müharibəsinə çağırdı. On milyon xalq Ali Baş Komandanın əsgərinə çevrildi. Düşmən 44 gün ərzində darmadağın edildi. Nəhayət, xalqımızın uzun illər arzuladığı Zəfər günü gəldi, xalqımız qalib xalqa, əsgərimiz qəhrəman əsgərə, həlak olanlarımız şəhidlərə, döyüşənlərimiz qazi adına layiq görüldü”.
Anar İsgəndərov həmçinin 2023-cü il sentyabrın 19-20-də müzəffər oldumuzun Azərbaycan torpaqlarında antiterror tədbiri həyata keçirdiyini də xatırladıb:
“Erməni hərbi birləşmələri darmadağın edildi. Dağlıq Qarabağ adlanan bədnam qurum 100 ildən sonra Azərbaycan tarixindən silindi. Azərbaycan öz tarixində ilk dəfə olaraq bütövləşdi, suverenliyini bərpa olundu. Bu gün müqəddəs üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır”.
Aysel Şahmar
-
Magazin110 Dekabr 23:48
Ayaqları çürüyən Mahir Cürətin SON HALI - VİDEO
-
Magazin210 Dekabr 23:36
Britni Spirs bikinidə ata mindi - VİDEO
-
Sosial10 Dekabr 23:12
Həlak olan hərbi qulluqçunun FOTOSU
-
Mətbəx10 Dekabr 22:00
Bu salat 2024-cü ildə 2,35% BAHALAŞDI
-
Nida Xəbər 10 Dekabr 21:36
Nadir İsmayılovun xaricdəki hesabında 5.4 milyon manat var imiş
-
MDB10 Dekabr 21:12
İLAHİ MÖCÜZƏ: 11 uğursuz cəhddən sonra 44 yaşında ANA OLDU
-
Sosial10 Dekabr 21:00
Sabah 5 minə yaxın abonent QAZSIZ QALACAQ
-
Sosial10 Dekabr 20:36
Bəzi xidmətlər 100-200 manata oldu - TAM SİYAHI