Nida Təhlil
Tramp Ağ Evə qayıtdı: dünyanın gələcəyi necə olacaq?
Donald Tramp qalib gəldi: indi əsas sual geosiyasi müstəvidə nələrin dəyişə biləcəyidir? Trampın ABŞ prezidenti olduğu dövrdə izlədiyi xəttə və seçkiöncəsi verdiyi bəyanatlara, o cümlədən, respublikaçıların siyasi yanaşmalarına istinadən müəyyən təxminlər irəli sürmək mümkündür.
1. Ukrayna müharibəsində Rusiyanın mövqeyi güclənə, Kiyev “güzəştli sülhə” məcbur edilə bilər: respublikaçıların əvvəldən dəstəklədiyi xətt ABŞ-ın Ukraynaya yardımı azaltmasıdır və bu, cəbhədə onsuz da çətin vəziyyətdə olan Kiyev üçün riskli perspektiv vəd edir; təslim olmayan Zelenskinin dəyişdirilməsi ssenarisi də gündəmə gələ bilər, hərçənd, prosesin döyüş meydanından masaya keçməsi yaxın dövr üçün çətin görünür, əvəzində Ukraynada və Ukrayna ətrafında müharibəyə paralel olaraq, siyasi qarşıdurma güclənə bilər;
2. Yaxın Şərqdə toqquşma daha da güclənə, İran ətrafında eskalasiya riskləri arta bilər: Ağ Evdə olarkən İranla nüvə danışıqlarını ləğv edən Tramp Təl-Əvivin Tehrana qarşı siyasətinin əsas dəstəkçisidir; istisna deyil ki, İsrail İrana hücumlarını intensivləşdirə, Tehranı birbaşa müharibəyə cəlb etmək istiqamətində müəyyən nəticələr əldə edə bilər;
Beləliklə, Ukraynada səngiməsi gözlənilən müharibənin Yaxın Şərqdə daha da alovlanacağını görə bilərik.
3. Trampın Ağ Evə qayıdışı Avropada ciddi çalxalanma yarada bilər:
- Avropada millətçilik güclənəcək: Tramp ilk dəfə seçiləndə - 2016-cı ildən sonra qitədə ultra-sağçıların yüksəlişi dövrü başlamışdı; Baydenin dövründə mövqeləri zəifləyən bu kəsim Trampın ikinci dəfə prezidentliyə namizədliyini açıqladıqdan sonra yenidən aktivləşdi, hətta Almaniya və Fransada nəzərəçarpan nəticələr əldə etdilər;
- Ultra-sağçıların yüksəlişi Avropa İttifaqında, həmçinin, NATO-da birliyə risklər yarada bilər;
- “Avropa ordusunun” yaradılması, Avropanın NATO-dan kənar təhlükəsizlik sisteminin qurulması ideyalarının yenidən aktuallaşması gözləniləndir;
4. Tramp ABŞ-ın strateji rəqibinə - Çinə qarşı mübarizəni gücləndirəcək, xüsusilə “iqtisadi müharibə” taktikasını yenidən işə sala bilər, hərçənd, bu mübarizədə demokratlardan fərqli olaraq, Rusiya ilə əməkdaşlıq, ən azı qarşıdurmadan qaçmaq xəttini izləyə bilər;
Azərbaycan üçün ən önəmli məsələ Trampın Ermənistana və erməni diasporu/lobbisinə münasibətidir. Onun prezidentliyi dövrü (2016-2020) ermənilər üçün müsbət xatirələrlə yadda qalmayıb. Seçki kampaniyasında “xristianların qovulması” və I Arama zəngi isə ermənilərdə müəyyən ümidlər yaratsa da, hər şeyin seçkiyə hesablandığı ehtimalı daha böyükdür. Ağ Evə qayıdan Trampın Cənubi Qafqazda mövqelərini qoruması böyük ölçüdə Azərbaycanla münasibətlərdən asılı olacaq.
Asif Nərimanlı
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz








.jpg)














.png)














