Nida Təhlil
Münbiçin strateji əhəmiyyəti: Türkiyə Suriyada xəritəni dəyişir
Türkiyə PKK-nın PYD/YPG qanadına qarşı mübarizədə illərdir təmizləmək istədiyi Münbiçə Suriya Milli Ordusu üzərindən daxil oldu. Bu şəhər 2016-cı ildə ABŞ-ın dəstəyi ilə PYD-nin nəzarətinə keçib. Vaşinqton Ankaraya şəhərin təmizlənəcəyi vədini versə də, yerinə yetirmədi. Eyni vədi 2019-cu ildə Rusiya Türkiyəyə versə də, anlaşma kağız üzərində qaldı.
Şəhərin nəzarətə götürülməsi Türkiyə üçün strateji qazanc deməkdir.
- Türkiyə Fəratın şərq sahilində möhkəmləndi;
- Suriya ərazisində Türkiyəyə mümkün hücumların qarşısını almaqda coğrafi üstünlük qazandı;
- PYD/YPG Fərat çayının qərb sahilində ciddi təsir itirdi və çayın şərqinə doğru sıxışdırıldı:
- Türkiyə üçün Suriyada və İraqda PKK/PYD/YPG ilə mübarizənin yeni mərhələsinin başlandığı görünür: Münbiçə nəzarət ABŞ-ın dəstəklədiyi bu qruplaşmaya qarşı əməliyyatlarda taktiki baxımından üstünlük qazandırır;
- İraqdan Aralıq dənizinə qədər uzanan coğrafiyada planlaşdırılan “kürd dəhlizi” planı ciddi şəkildə əngəlləndi: Türkiyə Suriyada keçirdiyi əməliyyatlarla bu planın qarşısını alsa da, 2017-ci ildən başlayaraq, ABŞ bu planın icrası üçün marşruta müəyyən dəyişliklik – Münbiçdən Hələbə, oradan Lazkiyə və Aralıq dənizinə çıxış – etmişdi; Əsədin getməsi və Rusiya hərbi bazalarının çıxarılması gözləntisi bu marşrutu daha da aktuallaşdıra bilər, lakin Münbiçin nəzarətə götürülməsi ilə bu marşrutun reallaşması imkanları da azaldıldı;
- Və Suriya masasında aparılacaq mümkün danışıqlarda əlini gücləndirdi.
Hərçənd, Münbiçin nəzarətə götürülməsi PYD/YPG ilə mübarizədə mühüm başlanğıcdır, Türkiyə daha güclü şəkildə əsas mərhələyə bundan sonra başlayır.
Asif Nərimanlı
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO


















.jpg)

.jpg)
















.jpg)


