Nida Təhlil
“Çaldıran nifaqı” kimin əlinə oynayır?
Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri Azərbaycanda haqlı narazılıq yaradıb. Çaldıran döyüşündə kimin qalib, kimin məğlub olduğu, Şah İsmayılla Sultan Səlimin münasibətləri və digər tarixi faktlarla bağlı (bu haqda kifayət qədər yazılıb) müzakirələrin iki mənfi nəticəsi olur:
- Birincisi, Azərbaycan və Türkiyə ictimaiyyəti arasında uçurum dərinləşir;
- İkincisi, Şah İsmayıl irsinə sahib çıxmağa çalışan İran, bundan Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı “tarixi düşmənçilik” təbliğatında istifadə edir;
İran 2020-ci ilin Tovuz döyüşləri zamanı Çaldıran döyüşü üzərindən Türkiyəyə qarşı genişmiqyaslı kampaniyaya starat vermişdi. 44 günlük müharibədən sonra bu kampaniya sürətləndi və zaman-zaman səngisə də, aktual olaraq qalır. Çünki həmin dövrdən etibarən Türkiyə Azərbaycanla müttəfiqlik üzərindən Cənubi Qafqazda güclənməyə başlamışdı. Belə kampaniyada hədəf seçilənlərdən biri də birbaşa Ərdoğanın özü olub. İndi Ərdoğan Çaldıran döyüşü ilə bağlı dedikləri ilə əslində İrana fürsət verir. Türkiyənin siyasi elitasına bunu izah etmək lazımdır. Tarix üzərindən ayrılıq yaratmaqdansa, Azərbaycanın qızılbaş irsindən Yaxın Şərqdə istifadə etmək Türkiyə üçün daha sərfəli olardı.
Asif Nərimanlı
-
Sosial23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















