Nida Təhlil
ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi? - Bakıya zəng ola bilər

ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində sualları cavablandırarkən, Azərbaycan və Ermənistan arasında “real münaqişə təhlükəsi”nin olduğunu deyib. Trampın Ağ Evə qayıdışından sonra Cənubi Qafqazı diqqətdən kənarda qoyan Vaşinqtonun bu yanaşması diqqətçəkən məqamdır və məqsədin nə olduğuna dair sualları ön plana çıxarır.
Rubio bu sözləri konqresmen Kristofer Smitin sualını cavablandırarkən dilə gətirdi. Ermənipərəst mövqeyi ilə məşhur olan Smitin məqsədi ABŞ-ın yeni administrasiyasının diqqətini bölgəyə Ermənistanın maraqları kontekstində çəkmək idi. Onun Azərbaycanın ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirdiyi iddiasını irəli sürməsi, eyni zamanda, “məhbuslar və insan haqları” məsələsi üzərindən Vaşinqtonu Bakıya təzyiqə sövq etmək cəhdi də buna hesablanmışdı. Rubio sualı diplomatik çərçivədə cavablandırdı. Bildirdi ki, “bir çox hallarda ideal olmayan ölkələrlə qarşılaşırıq, lakin belə ölkələrlə milli maraqlarımız əsasında münasibət qurmalı, milli maraqlarımızla diplomatiya arasında tarazlıq qurmalıyıq”. Trampın baş diplomatı bununla ABŞ-ın xarici siyasətinə erməni maraqları kontekstində yanaşan lobbiçilərə sələflərinin səhvlərini təkrarlamayacaqları mesajını verdi. Rubionun “Azərbaycan və Ermənistan arasında real münaqişə təhlükəsi var və biz bunun qarşısını almağa çalışırıq” sözləri Konqresə “regionda prioritet məsələnin sabitliyin əldə edilməsi” olduğunu və “administrasiya olaraq bu istiqamətdə işlədiklərini” çatdırmaq məqsədi kimi görünür.
Hərçənd, “real münaqişə təhlükəsindən” bəhs edən ABŞ-ın hədəfləri arasında “bu təhlükənin qarşısını almaq” adı ilə Azərbaycan-Ermənistan danışıqlar prosesinə müdaxilə etmək olduğu da istisna edilməməlidir. Vaşinqtonun burada iki mümkün gedişi görünür:
1. Regionun gələcəyini müəyyənləşdirəcək Azərbaycan-Ermənistan danışıqlarından kənarda qalmamaq;
2. “Dünyada münaqişələrə son qoymaq missiyası”na iddia edən Tramp administrasiyası Bakı-İrəvan xəttində əldə olunan razılaşmadan “pay almaq” və öz aktivinə daha bir “uğurlu nəticəni” yazmaq;
Azərbaycan-Ermənistan arasında “real münaqişə” risklərinin azalmasına baxmayaraq, Rubionun belə bir riskdən bəhs etməsi ABŞ-ın “təhlükənin aradan qaldırılması” adı ilə prosesə qoşulmaq cəhdlərinə dair gözləntilər yaradır. İstisna deyil ki, növbəti addım ABŞ dövlət katibinin Bakı və İrəvana zəngindən ibarət olacaq.
Asif Nərimanlı
-
İdman04:30
“Ferrari”də gərginlik artır: Hemilton görün nə tələb edir
-
Qoroskop00:15
Günün ulduz falı: Sezgiləriniz sizə bələdçi olacaq
-
ABŞ15 Oktyabr 23:07
Heqsetin təyyarəsi məcburi eniş etdi - Ön şüşəsi çatlayıb...
-
ABŞ15 Oktyabr 21:55
Uitkoff siyasətdən gedəcəyi ilə bağlı şayiələrə cavab verdi
-
Kriminal15 Oktyabr 20:48
19 yaşlı oğlan 10 manata görə qətlə yetirildi - Xırdalanda
-
İdman15 Oktyabr 19:30
“Atletik” - “Qarabağ” matçının hakimi açıqlandı
-
Nida Xəbər 15 Oktyabr 19:20
Ramil Həsənin deputatlığına xitam verildi - Yeniləndi
-
ABŞ15 Oktyabr 19:00
ABŞ-ın müharibə naziri Rusiyanı hədələdi