Nida Təhlil
ABŞ-İran memorandumunun şifrələri – Yekun anlaşma olacaqmı?
ABŞ və İran arasında anlaşma memorandumunun həftə sonu imzalanması gözlənilsə də, razılaşma mətni ilə bağlı tərəflərin açıqladığı detalların fərqliliyi diqqət çəkir. İranın açıqladığı “14 maddəlik anlaşma memorandumu”nda yer alan “Livan da daxil olmaqla, bütün cəbhələrdə dərhal və daimi atəşkəs” maddəsi mübahisəlidir.
Livanın – İsrailin Hizbullaha qarşı əməliyyatının dayandırılması məsələsi ABŞ tərəfindən təsdiqlənmir. Bununla yanaşı, Tramp və Netanyahu “anlaşma memorandumu”nu müzakirə etdikdən sonra İsrail ABŞ-dan İranla yekun razılaşma haqqında zəmanət aldığını açıqladı.
- Zənginləşdirilmiş uran çıxarılacaq və zənginləşdirmə qurğuları söküləcək;
- İranın raket proqramı məhdudlaşdırılacaq;
- Tehran Hizbullah və Həmas daxil olmaqla, regiondakı müttəfiqlərinə (proksi qüvvələrə) dəstəyə son qoyacaq;
İranın yaydığı mətndə raket proqramı və proksi qüvvələr öz əksini tapmır. Zənginləşdirilmiş uran və nüvə proqramı isə sanksiyaların ləğvi, İran iqtisadiyyatının bərpası, dondurulmuş aktivlərin buraxılmasına paralel şəkildə müzakirəsi qeyd olunur. “Mehr”in məlumatına görə, raket proqramı və müqavimət qruplarına dəstək məsələsi gündəlikdən tamamilə çıxarılır. Bununla yanaşı, İran dondurulmuş 24 milyard dollar aktivin yarısının – 12 milyardının öncədən buraxılması, yarısının müzakirə ediləcəyini bildirir, halbuki, ABŞ bunu yekun razılaşmanın şərtlərindən biri kimi görür.
Anlaşma memorandumu imzalanmaya gedənə qədər tərəflər arasındakı ziddiyyətli açıqlamalar razılaşmanı çətinləşdirir. İstisna deyil ki, arxa fonda aparılan danışıqlarla ictimaiyyətə açıqlananlar arasında fərqlər mövcuddur. O da istisna edilməməlidir ki, Tramp Administrasiyası danışıqlar prosesinin başlanması və tələblərinə - nüvə və raket proqramı, proksi qüvvələr, zənginləşdirilmiş uran və s. yekun razılaşmada nail olmaq məqsədilə mövcud memorandumu qəbul edir. Lakin hər iki tərəfi qane edəcək anlaşmanın masada əldə olunması imkanları məhduddur. Anlaşma memorandumu daha çox tərəflərin zaman qazanmaq taktikasına bənzəyir.
Asif Nərimanlı
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu














.jpg)




















.jpg)




