Nida Xəbər
Azərbaycan ərazilərində təlimlərin keçirilməsi ilə əlaqədar Rusiyaya MÜRACİƏT
10 iyul 2017-ci il tarixində ru.armeniansputnik.am internet resursu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası dövlət sərhədinin yarılması cəhdinin qarşısının alınması ssenarisi üzrə birgə təlimlərin keçirilməsi ilə bağlı məlumat yayıb.
APA yayılan məlumatla bağlı Azərbaycan Respublikası Dövlət Sərhədinə Xidmətinə (DSX) sorğu ilə müraciət edib.
DSX mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.
Qeyd olunub ki, yaxın müddətdə məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Xatırladaq ki, ru.armeniansputnik.am internet resursunda yayılan məlumata görə, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq




































