Nida Xəbər
Dünyanın gözü Azərbaycanda: Bu bitki neftdən çox gəlir gətirəcək
Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə ölkə başçısı kənd təsərrüfatının inkişafında pambıqçılığın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyinin göstərildiyini və qısa zamanda müsbət nəticələrin göz qabağında olduğunu diqqətə çatdırıb.
Bir sıra regionlarımızda - Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində keçirilən müşavirələrdə pambıqçılığın sürətli inkişaf etdirilməsinə dair verilən tapşırıqlar layiqincə yerinə yetirilib. Pambıqçılığa dair üçüncü müşavirə isə Bərdə şəhərində keçirilib.
Bərdənin pambıqçılıqda çox böyük ənənələri var. 1970-1980-ci illərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri məhz Bərdə olub. Ulu öndər Heydər Əliyev özünün hakimiyyəti illərində bu sahəyə çox ciddi diqqət göstərib və dəfələrlə Bərdədəki vəziyyətlə yaxından tanış olub. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatıb.
Publika.az xəbər verir ki, prezident İlham Əliyev çıxışında Bərdə rayonunda çox ciddi sosial-iqtisadi inkişafın davam etdiyini, abadlıq-quruculuq işlərinin ilbəil genişləndiyini, eləcə də kəndlərdə bir sıra infrastrukturların yaradıldığını bildirib. Digər infrastruktur layihələrinin də uğurla icrası üçün lazımi tapşırıqlar verilib:
“Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilib. O vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Ancaq son 2 il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var”.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Aydın Hüseynovun sözlərinə görə, qeyri-neft sektoruna ayrılan diqqət, iqtisadi inkişafın daha da sürətlənməsi ölkə başçısının yürütdüyü düzgün siyasətin bəhrəsidir:
“Bu gün kənd təsərrüfatının zamanında ən gəlirli hesab olunan qollarından biri – pambıqçılıq üçün xüsusi diqqət ayrılır. Pambıq ölkəmizin “ağ qızılı” hesab olunur. İqtisadi siyasətin ən prioritet sahələrdən biri məhz aqrar sahənin inkişafıdır. Bu sektorda pambıqçılığın ona görə xüsusi rolu var ki, bu məhsul olduqca strateji məhsuldur. Dünya bazarında bu məhsul vahid valyuta ilə alınıb-satılır. Digər tərəfdən isə Azərbaycanda çox yüksək məhsuldarlıq əldə olunan sahələrdən biri kimi, bu gün pambıqçılığın yenidən aktiv sahəyə çevrilməsi, bu sektorda çalışan işçilər üçün yeni iş- məşğulluq sahələrinin açılması o qədər də çətin deyil. Son illər bu sahəyə maraq da artıb. Pambıq əkini üçün sahələr ayrılır. Suvarma sistemləri bərpa olunub. Pambıqçılıq ixracyönümlü sahədir. İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə də kifayət qədər böyük təkan verir. Eyni zamanda, bunun yerli istehsala da böyük dəstəyi danılmazdır. Ölkədə pambıq zavodları yenidən güclü iş rejiminə başlayacaq. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər. İndi təsəvvür edin, pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var – ilk növbədə, məşğulluğu artırır, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala güclü təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünya ölkələri arasında birinci pillədədir. Birinci növbədə ona görə ki, bu sahə ənənəvi sahədir. Onu da qeyd etmək lazımdır ki, pambıq istehsalı üçün ölkənin coğrafi mühiti də çox əlverişlidir. İqlim şəraitinə uyğun olaraq regionlarda bu məhsulun yetişdirilməsi üçün istər işçi qüvvəsi, istərsə də texniki avadanlıqlar mövcuddur. Cənab prezidentimizin də ötən günlərdə Bərdədə ölkə üzrə iqtisadi inkişafın sürətlənməsi ilə bağlı söylədiyi fikirlər bir daha sübut edir ki, bu birbaşa regionların inkişafına gətirib çıxardacaq. Ümumilikdə isə bu Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərir və beləliklə də ənənəvi sahə daha da genişləndirilir”.
Milli Məclisin deputatı Tahir Rzayev isə bildirdi ki, bu sahədə hələlik bəzi problemlər var:
"Bu problemlərə prezidentimiz də diqqət çəkdi. Bildirdi ki, onların aradan qaldırılması üçün işlər daha da sürətləndiriləcək. Bu gün ölkə başçısının tapşırıqları sürətli və nizamlı şəkildə yerinə yetirilir. Kənd təəsrrüfatı sahələrinin inkişafı üçün istər işçi qüvvələri, istərsə də digər aidiyyatı qurumlar üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Regionlarımız kənd təsərrüfatı sahələrinin inkişafı üçün olduqca əlverişli coğrafi mövqedə yerləşir. Bütün bunlara baxmayaraq, bir sıra prıblemlər var ki, onlar da qısa müddətdə aradan qaldırılacaq. Respublikada pambıqçılığın sürətləndirilməsi, məhsuldarlığın artırılması üçün ciddi tədbirlər görülməlidir. Bu sahədə texnoloji proseslərə, yeni texniki avadanlıqların gətirilməsinə güclü şərait yaradılmalıdı. Regionlardan elə Ağcabənin özü vaxtı ilə ən böyük pampıq istehsal edən rayonlardan biri olub. O vaxt təkcə Ağcabədidə 25 min tona yaxın pambıq istehsal olunub. Əlbəttədə ki, ötən il də bu göstəricilər kifayət qədər yüjksək olub. Əgər hər hektardan 20 sentner pambıq əldə edilməsi tələb olunurdusa, ağcabədili pambıqçılar hər hektardan 25,7 sentner pambıq toplamışdı. Bütün bu göstəricilərin daha da artırılması əsas məqsədimizdir. Lazmı tədbirlər görülür, işçi qüvvələrin ruh yüksəkliyi üçün, mümkün qədər rahat şərait yaradılır. Bilirsiz ki, pambıq strateji məhsuldur və qətiyyən xarab olmur. Ölkəyə külli miqdarda valyuta gətirə biləcək məhsula sahibik. Bu məhsulun dünyada sabit bazarı var. Düşünürəm ki, yaxın illərdə çox gözəl nəticələr əldə ediləcək”.
Millət vəkili Tahir Kərimli isə bildirdi ki, kənd təsərrüfatı sahəsindəki islahatlar, qeyri-neft sektorunun inkişafına ayrılan diqqət xüsusilə kəndlərdə yaşayan əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir:
“Bu gün əhalinin demək olar ki, 48 faizi kəndlərdə yaşayır və onların gündəlik dolanışıqları da birbaşa kənd təsərrüfatından asılıdı. Son illərdə, xüsusilə neftin qiymətinin aşağı düşməsi ilə bağlı bir çox dünya ölkələri də böhran yaşayıb. Lakin bütün bunlara baxmayaraq neft istehsalından asılı olan ölkələr içərisində Azərbaycan kifayət qədər yaxşı göstəricilərlə yadda qaldı. Bu da yerində verilən sərəncamların, qəbul edilən konsepsiyaların nəticəsidir. Qeyri-neft sektoruna ayrılan diqqət bu mənada çox önəmlidir. Bilirsiz, sovetlər dövründə sovxozlar, kolxozlar vardı, kollektiv ictimai təşkilatlar fəaliyyət göstərirdi ki, bu da əhalinin məşğulluq yeri idi. Hələ o vaxtlarda, kifayət qədər texniki avadanlıqların, lazımi texnikanın olmadığı bir zamanda məhsuldarlıq da nisbətən aşağı olurdu. Bu səbəbdən də kəndlilər dolanışıqlarını təmin etmək məqsədilə əllərində olan torpaq sahələrini dəyər-dəyməzinə satırdılar. Ona görə də kənd təsərrüfatı sahəsində qəbul edilən qərarlar həm ekstensiv, həm də intensiv oldu. Ekstensiv ona görə ki, miqyasca istehsalın, əkin sahələrinin genişləndirilməsi üçün addımlar atıldı. Avrolizinq vasitəsilə ölkəyə keyfiyyətli gübrələr gətirildi, ölkə daxilində emal zavodlarının sayı artırıldı, aqroparklar yaradılmaqdadır. Bununla yanaşı, kəndlərdə suvarma sistemləri tamamilə bərpa edilib. İntensiv göstəricilər isə əmək məhsuldarlığının artırılmasına, müəyyən kənd təsərrüfatı sortlarının daha məhsuldar növlərinin əkilib becərilməsinə və bazarların əldə edilməsinə təkan verəcək. Artıq ən son texnologiyalarla təchiz edilmiş istixanalar əkinlərin daha da genişlənməsi üçün zəmin yaradır. Bütün bunlarla bərabər, elə pambıqçılığın özü, xüsusilə Ağsu rayonunda genişləndirilməkdədir.Torpaqları becərməyən kəndlilər əllərində olan torpaqlarda ciddi şəkildə işləməyə başladılar. Dövriyyədə olmayan çoxsaylı torpaqlar canlandırıldı ki, bu özü də ciddi şəkildə torpaq mənbəsi deməkdi. Bütün bu torpaqların böyük əksəriyyəti pambıq əkini üçün ayrılacaq. Bərdə, Saatlı, Sabirabad, eləcə də Ağsu rayonlarında geniş uğurlar əldə edilib. Sovet dövründə Azərbaycan 1 milyon ton pambıq istehsal edirdi. Ölkəmizdə çox ciddi inkişaf var. Bu inkişafın nəticəsidir ki, bu gün xammal kimi pambıq satışı üçün bazarlar hazırdır. Strateji məhsul olduğu üçün satış birjalarında sürətlə satılır. Düşünürəm ki, bütün bunlar qarşıya qoyulan məqsədlərin nəticəsidir ki, ilbəil kənd təsərrüfatında uğurlarımız artır. Bu il isə ötən illərdən 4-6 dəfəyə qədər daha çox məhsuldarlıq olacağına ümid edirəm”.
Könül Cəfərli
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi