Nida Xəbər
İranla Azərbaycan arasında tarixi razılaşma: Bu saziş bütün inciklikləri kölgədə qoyacaq
“Əslində Ruhaninin Azərbaycana səfəri gələcəyə hesablanmış ciddi iqtisadi əməkdaşlıq və yeni inkişaf perspektivləri açır”.
Bu sözləri Publika.az-a siyasi şərhçi Vüqar Zifəroğlu İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azırbaycana səfəri çərçivəsində Xəzərin statusu ilə bağlı əldə edilmiş razılığın əhəmiyyətini şərh edərkən deyib.
O bildirib ki, Xəzərin statusu son dərəcə vacib bir məsələ idi:
“Bu məsələ indiyə qədər də, demək olar ki, həll olunmamışdı. Bu mənada qəbul olunan qərarlar həm Xəzərin statusunun müəyyənləşməsi, həm də Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı ilə bağlı ciddi əhəmiyyət daşıyır. Bir məqamı qeyd etmək lazımdır ki, Türkmənistanın da bu danışıqlarda özünəməxsus rolu var. Həsən Ruhani də Bakıya məhz Türkmənistandan gəlmişdi.
Regionda hər üç ölkənin müəyyən iqtisadi, ticari münasibətlərinin formalaşması, müştərək əməkdaşlıq üçün kifayət qədər maraqlı, ciddi sahələr var. Razılığa gələn hər iki ölkə isə böyük neft-qaz ölkəsidir. Bu baxımdan, hər iki tərəf üçün əlverişli bazar var. Ona görə İranla Azərbaycan arasında əməkdaşlıq ciddi potensial ifadə edir. Əslində Ruhaninin Azərbaycana səfəri gələcəyə hesablanmış ciddi iqtisadi əməkdaşlıq və yeni inkişaf perspektivləri açır.
Bu görüşün, eyni zamanda, müəyyən siyasi əhəmiyyəti də vardır. Bilirsiniz ki, İran Ermənistana hər zaman dolayı yolla da olsa, dəstəyini vermiş bir ölkədir. Bu münasibətlərin yaxınlaşması və son səfərdən irəli gələn müəyyən məqamların ortaya qoyulması belə bir fikir yaradır ki, İran təkcə sözlə deyil, əməli ilə də Ermənistanla bağlı məsələlərdə Azərbaycanın yanında duracaq, Ermənistana dəstəyini isə azaldacaq. Ümumilikdə, bu səfər təcavüzkar siyasət yürüdən ölkənin-Ermənistanın siyasi blokadaya alınması baxımından da son dərəcə əhəmiyyətli nüansdır.
Astara-Rəşt dəmiryolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı sazişə gəldikdə isə, bilirsiniz ki, Azərbaycan bir çox nəqliyyat xətlərində kilid ölkədir. Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışının özü son dərəcə ciddi geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir. Bu layihənin bir komponenti olaraq Astara-Rəşt dəmiryolu tikintisinin maliyyələşməsi məsələsində müəyyən razılıqların əldə edilməsini də əhəmiyyətli bir parçanın hissəsi kimi qiymətləndirirəm. Bu böyük iqtisadi hadisədir. Çünki həm Şərq-Qərb, həm də Şimal-cənub nəqliyyat dəhlizlərində olan o boşluq aradan qaldırılmış olacaq.
Biz Azərbaycan tərəfi olaraq hər zaman İranla münasibətdə həm obyektiv, həm də səmimi davranmışıq. Eyni münasibəti də bizə qonşu və müttəfiq olan İran tərəfindən də gözləyirik və inanırıq ki, bu səfər praktiki baxımdan öz müsbət nəticələrini tez bir zamanda göstərəcək”.
Zümrüd
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var