Nida Xəbər
Xəzəryanı ölkələrin XİN müavinləri Bakıda görüşəcək - (YENİLƏNDİ)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin bu ilin payızında Bakıda görüşəcəyini təsdiqləyib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Publika.az-a bildirib ki, Aktauda keçirilmiş V Xəzər zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikeyə uyğun olaraq Xarici İşlər Nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə xarici işlər nazirlərinin müavinləri və ya Xəzər dənizi ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası bu ilin payızında Azərbaycanda keçiriləcəkdir.
***
Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır.
Bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.
Nazir bildirib ki, qəbul olunmuş razılaşmalara əsasən bu görüş altı aydan gec olmayaraq keçirilməlidir.
Onun sözlərinə görə, bu məsləhətləşmələr Konvensiyada göstərilən razılaşmaların reallaşdırılmasına həsr olunacaq.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib
Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

