Nida Xəbər
Vüqar Rəhimzadə: “Star” neft emalı zavodu birliyimizi daha da möhkəmləndirir"
"Ölkəmizin və qardaş Türkiyənin təşəbbüskarı olduqları bütün layihələr uğurla reallaşdırılır və xalqlarımızın, dövlətlərimizin inkişafına, gələcək rifahına xidmət edir. Bu baxımdan “Star” neft emalı zavodunun istifadəyə verilməsi onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə qarşıda duran bütün hədəflərə uğurla çatırlar”.
Publika.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Star” neft emalı zavodunun açılışından danışarkən bildirib.
Məhz 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə bu zavodun təməli qoyulmağına toxunan V. Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidentinin “Star” neft emalı zavodunun açılış mərasimində səsləndirdiyi fikirlər bir daha bu əminliyi ifadə edir ki, belə nəhəng layihələrin icrasında ölkələrimizin liderlərinin güclü siyasi iradəsi, eyni zamanda, dostluq, qardaşlıq amilləri xüsusi yer tutur: “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək” deyən möhtərəm Prezidentimiz vurğulayıb ki, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Sözsüz ki, biz bunu Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP layihələrində də görürük. Doğrudan da belə qlobal layihələr region ölkəri üçün böyük fayda gətirməklə yanaşı, Avropanın enerji xəritəsini yenidən tərtib edir.”
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu layihələrin gerçəkləşməsində SOCAR-ın böyük rolu var: “Möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq SOCAR öz səmərəli və çoxşaxəli fəaliyyəti ilə artıq beynəlxalq şirkətə çevrilib. Şirkət ölkə daxili ilə yanaşı, xaricdə də mühüm investisiya layihələri gerçəkləşdirir. Təbii ki, bu sırada Türkiyə xüsusi yer tutur. Elə bunun nəticəsidir ki, bu gün SOCAR Türkiyənin ən böyük investoruna çevrilib”
V.Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan- Türkiyə əlaqələri bu gün ən yüksək səviyyədədir: “Bu birlik əbədidir, sarsılmazdır. Ölkələrimiz dünya miqyasında dostluq, qardaşlıq nümunəsi nümayiş etdirirlər. Hesab edirəm ki, “Star” neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir.”
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

