Nida Xəbər
Forum bir daha sübut etdi ki, ölkəmiz... - Bəhruz Quliyev
“Azərbaycan həm nəzəri, həm də praktik cəhətdən dünyaya öz töhfəsini verir. VI Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin regionda aparıcı dövlətə çevrildiyini bir daha sübut etmiş oldu”.
Bu sözləri Publika.az-a açıqlamasında “Səs" qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib.
B.Quliyev forum iştirakçılarının sayının ildən-ilə artmasının onun əhəmiyyətindən xəbər verdiyini bildirib.
“VI Bakı Humanitar Əməkdaşlıq Forumunda iştirakçıların sayına görə əvvəlki forumlardan fərqlənirdi. Birinci forumda 20 ölkə iştirak etmişdi. Sonrakı forumlarda isə iştirakçıların sayı artırdı və artıq dünya dövlətləri bu forumda iştiraka özləri maraq göstərir. Forumların hər birində demokratik dəyərlərin, jurnalistikanın inkişafı, söz azadlığı, fikir plüralizmi gündəmdə olub. Ekoloji problemlər bu forumlarda diqqətdə saxlanılıb. Forumda səsləndirilən fikirlərdən bəlli oldu ki, bu gün dünya yeni insanın formalaşdırılması istiqamətində düşünür”.
Azərbaycan bu panellərin hər birində fəallıq nümayiş etdirdiyini deyən, B.Quliyev bildirib ki, ölkəmizin dünyaya nümunə göstəriləcək modelləri var.
“Bu gün hətta bir çox Avropa ölkələrində multikultural dəyərlərə Azərbaycan qədər hörmət müşahidə edilmir. Multikulturalizm dövlətimizin prioritet istiqamətidir. Bütün forumlarda panellərin biri məhz mətbuatla bağlı olur və bu da təsadüfi deyil. Bu gün ölkəmiz iqtisadi, sosial layihələri ilə yeni standartlar yarada bilirsə, mətbuat sahəsində də yeni model yaradıb. 2008-ci il Mətbuatın inkişaf konsepsiyasının təsdiq edilməsi Azərbaycanın söz azadlığı, fikir plüralizminə konseptual yanaşdığını göstərdi. Bu baxımdan müzakirələrin Azərbaycanda keçirilməsi onu göstərdi ki, ölkəmiz qlobal dünya üçün maraq kəsb edir. Forum həm də ölkəmizdə uğurlu siyasətin həyata keçirildiyini və bu siyasətin mərkəzində insan amilinin durduğunu göstərir”.
Baş redaktor bu forumların hər birinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını deyib:
“Panellərin hər birində Azərbaycanın terrordan əziyyət çəkməsi, torpaqlarımızın ermənilər tərəfindən işğalı, bu məsələdə beynəlxalq hüquqa zidd hərəkət etmələri, haqsız mövqe tutmaları səsləndirildi ki, bu da məhz haqq səsimizin dünyaya çatıdırlması üçün mühüm addımdır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

