Nida Xəbər
Lavrovdan Qarabağ AÇIQLAMASI: "Mümkünsüz görünür"
“Rusiya ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı səylərini müsbət qiymətləndirir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər
naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qreminger ilə
görüşdən sonra təşkil edilən brifinqdə deyib.
Lavrov qeyd edib ki, baş katiblə görüşdə ATƏT-in Dnestryanı, Dağlıq
Qarabağ münaqişələrinin nizamlanmasındakı, Cənubi Qafqazda
sabitliyə dair Cenevrə müzakirələrindəki səylərini, eləcə də
ATƏT-in Balkanlardakı fəaliyyətini müsbət qiymətləndirdik: “Minsk
tədbirlər paketinin tam və ardıcıl yerinə yetirilməsinin
alternativsizliyinə əsaslanaraq, Ukraynanın şərqində siyasi həll
prosesinin perspektivlərini ətraflı müzakirə etdik”.
Rusiya baş diplomatı qeyd edib ki, Ermənistanda daxili proseslər
başa çatmayanadək Dağlıq Qarabağ böhranından çıxmaq üçün yollar
tapmaq çətin məsələdir.
“Rusiya ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Məhz
bu formatda son illər Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun
açılması üçün kifayət qədər gərgin səylər göstərilib. Düşənbədə
Ermənistan baş naziri əvəzi Nikol Paşinyanla Azərbaycan Prezidenti
İlham Əliyev arasında əldə edilmiş razılaşmanın məğzi təmasların
bundan sonra da davam etdiriləcəyindən, xarici işlər nazirləri
səviyyəsində görüşlər keçiriləcəyindən, istər Azərbaycanın, istərsə
də Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə çalışmağa hazır
olmasından ibarətdir. Biz belə bir razılaşmanı alqışlayırıq,
hərçənd Ermənistanda indi müşahidə etdiyimiz yetərincə gərgin
daxili təbəddülatlar bitməyinədək bu böhranı aradan qaldırmaq,
Dağlıq Qarabağ münaqişəsinin dolğun həllinin konkret variantlarına
dair ciddi müzakirələr aparmaq çətin mümkün olsun”, - deyə Lavrov
qeyd edib.
Asif
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq




























.webp)








