Nida Xəbər
Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - - FOTO
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, dekabrın 22-də əfsanəvi partizanın abidəsi önündə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, tədbirdə nazirliyin şəxsi heyətinin bir qrupu, qəhrəman döyüşçünün ailə üzvləri, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verib, onun göstərdiyi şücaətdən danışıb.
Mehdi Hüseynzadənin ailə üzvləri adından çıxış edən Mehdi Əzizbəyov qəhrəman döyüşçünün xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
