Nida Xəbər
BDU tələbəsinin ölüm səbəbi açıqlandı
Yanvarın 29-da dünyasını dəyişən 18 yaşlı Nərdanə Şirvan
qızı Tağızadənin leptospiroz infeksiyasına yoluxması təsdiqini
tapmayıb.
Bu barədə Virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz
Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, gənc qızın leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb. “Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”,-P.Abubəkirov qeyd edib.
Xatırladaq ki, qızın anasına istinadən Nərdanənin leptospiroz virusuna yoluxma ehtimalı yazılıb. Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır və insandan insana keçmir.
P.Abubəkirov qeyd edib ki, aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.
Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb. Belə ki, qızın dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığı olub.
Xatırladaq ki, Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.
-
Magazin216:02Xalq artistinin son durumu: Əsa ilə gəzir - VİDEO
-
Hadisə15:52Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
-
Rəsmi xronika15:03İlham Əliyev açıqladı: Bu yaxınlarda Türkiyədə...
-
Dünya14:40Tramp İrana hücumda dost-düşməni tanıyıb: Fransa əla iş gördü, İngiltərə isə...
-
İdman14:03Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? - Təyyarəsi bu ölkəyə enib
-
İdman13:16Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
-
Sosial12:55Sabah yağış yağacaq - PROQNOZ
-
Hadisə11:42Bu şəxslərə hərbi xidmət üçün möhlət hüququ verilsin - MM-dən təklif






.jpg)






















.jpg)






