Nida Xəbər
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin tarixində yeni səhifədir.
Bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupunun birinci iclasında deyib.
O qeyd edib ki, Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlıq, qarşılıqlı hörmət və etimad, eləcə də ölkələrin suverenliyinə hörmət münasibətləri mövcuddur:
“Bu sənədin imzalanması Xəzəryanı ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir. Əsas məqsəd hüquqi statusun qorunmasıdır”.
İşçi qrupunun fəaliyyətindən danışan X.Xələfov bildirib ki, qrupun əsas tapşırıqları ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsidir:
“İclas zamanı iştirakçılar işçi qrupunun iş prosedurlarını müəyyənləşdirəcək, Konvensiyanın hər bir ölkənin qanunvericiliyi əsasında təsdiqlənməsini müzakirə edəcəklər. Həmçinin, Xəzər dənizində ərazi sularını müəyyənləşdirmək məqsədi ilə birbaşa çıxış xətlərinin qurulması metodikası müzakirə olunacaq”. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

