Nida Xəbər
ATƏT sədri Azərbaycana səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər edəcək.
Bnu M.Layçak Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
O qeyd edib: "Məhz bu məsələlərin müzakirəsi üçün martın birinci yarısında Bakıya və Yerevana səfər etməyə hazırlaşıram. Azərbaycandan və Ermənistandan dəvətim var".
M.Layçak bildirib ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün mövcud çərçivələri dəstəkləyir: "Biz ATƏT-in Minsk qrupunun həmsədrlərini tam dəstəkləyirik. Mən onlarla mütəmadi görüşürəm".
ATƏT sədrinin sözlərinə görə, Ermənistandakı seçkilərdən sonra yeni vəziyyət yaranıb:
"Gözləntilər bununla bağlıdır. İstərdim, mənim səfərim müəyyən etməyə kömək etsin ki, bu mənada nəyi gözləmək olar və hansı nəticələr əldə edilə bilər. Bizim məqsədimiz Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etmək üçün kömək etməkdir". (trend)
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı











.jpg)
























.jpg)

.jpg)