Nida Xəbər
Subaşiç: "...dünya indiyə qədər Xocalı soyqırımını tanımayıb" - FOTO
"Xocalı soyqırımında öz əzizlərini itirmiş Azərbaycan anaları və qadınları faciənin tanınması məsələsində birləşməli, həqiqətə və ədalətə nail olmalıdırlar".
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə "Srebrenitsa Anaları" təşkilatının prezidenti Munira Subaşiç bildirib.
"Biz problemimiz haqqında bütün instansiyalarda danışırdıq. Bu gün səsimizi bütün instansiyalarda eşitdilər - Haaqa tribunalında, bütün beynəlxalq məhkəmələrdə. Biz susmuruq, hər yerdə Srebrenitsa soyqırımı haqqında danışırıq", - deyə M.Subaşiç bildirib.
O, vurğulayıb ki, faciənin gedişatında 10,6 mindən çox insan həlak olub, onların 500-dən çoxu qadınlar və uşaqlardır.
Təşkilat prezidentinin sözlərinə görə, onun özü faciənin gedişatında yaxınlarını - ərini, oğlunu, qaynını, üç qardaşını, iki bacısını, bütovlükdə 22 qohumunu itirib.
"Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və biz Azərbaycan qaçqınlarına rast gəlirik, biz Xocalını faciəmizlə müqayisə etdik. Həmin faciə, həmin ağrı, həmin cinayət. Yeganə fərq ondadır ki, biz faciəmizi sübut etməyə nail olduq, bütün dünya qəbul etdi ki, soyqırım törədilib", - deyə təşkilatın başçısı vurğulayıb.
O, Xocalıda doğmalarını itirmiş anaları və qadınları susmamağa, özlərində güc tapmağa və həqiqətə şahidlik etməyə çağırıb.
"Martın 9-da BMT-nin Srebrenitsa soyqırımına həsr edilmiş konfransında iştirak edəcəyəm. Konfransın gedişatında mütləq bildirəcəm ki, Azərbaycana baş çəkdim, Xocalı faciəsi ilə yaxından tanış oldum, və göstərəcəm ki, dünya Xocalı soyqırımını indiyə qədər tanımayıb", - deyə M.Subaşiç qeyd edib.
O, Xocalı soyqırımının tanınması üçün analara və qadınlara qeyri-hökumət təşkilatları yaratmağa kömək etməyi məsləhət görüb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

