Nida Xəbər
Tükləriniz BİZ-BİZ OLACAQ: Aprel şəhidindən nişanlısına... - Lələtəpə FATEHİNDƏN ŞOK SÖZLƏR
Azərbaycan Ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərindən üç il ötür. Dörd gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi. Əslində, bu döyüşlər Azərbaycan Ordusunun həm heyət, həm də hərbi texnika, həm də silah-sursatla təchizatı baxımından nəyə qadir olduğunun göstəricisi idi.
2000 hektardan artıq ərazi işğalçılardan təmizləndi. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə Azərbaycan Ordusu dövlət bayrağımızı sancdı.
Mərd, cəsur hərbçilərimiz Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə düşmənin üzərinə irəlilədi. Hərbçimiz, Azərbaycan Milli Ordusunun top komandiri Arzu Məmmədov da bu günü çoxdan gözləyirdi...
Publika.az-ın həmsöhbəti Lələtəpə fatehlərindən biridir. Hərbçi olmaq istəyi onun taleyini dəyişmişdi. Valideynlərinin istəyindən, vəzifəsindən üz döndərib, bu yolu seçmişdi.
Arzu Məmmədov 1985-ci il yanvarın 1-də Daşkəsən rayonunda anadan olub. 2002-ci ildə Gəncə Texnologiya universitetini bitirib. 2006-2007-ci illərdə hərbi xidmətdə olur. Uzun müddət Kapital bankın Daşkəsən filialında çalışır. Kredit mütəxəssisi, filial müdiri vəzifəsinə qədər qalxır:
“Evin tək oğlu olduğuma görə valideynlərim o vaxt icazə verməmişdi. Amma hərbçi olmaq mənim tək arzum olub. Torpaqlarımızın 20%-nin düşmən işğalında olması, məni buna daha çox vadar edirdi. Öz ərizəmlə işdən çıxdım. Daşkəsən və ətraf rayonlarda işləyə bilərdim, istəmədim. 2014-cü ildə hərbçi olmaq arzumu yerinə yetirmək üçün birbaşa cəbhə bölgəsinə getdim. Sənədlərimi yığıb getdikdən sonra valideynlərim də bir söz demədilər”.
2016-cı il aprel döyüşlərində Füzuli istiqamətində, Lələtəpə ərazisində vuruşan hərbçimiz ermənilərdə döyüş hazırlığının aşağı səviyyədə olduğunu deyir:
“Martın 31-dən aprelin 1 - nə keçən gecə düşmən cəbhəboyu təxribata əl atdı, ordumuz tərəfindən layiqli cavablarını da aldılar. Həm şəxsi heyət, həm də texnika baxımından çox sayda itki verdilər. Ermənilərin döyüş hazırlığı çox aşağı səviyyədə idi, daha doğrusu, ermənilər heç vaxt Azərbaycana məxsus olan Qarabağ torpaqlarında qulluq etmək, vuruşmaq istəməyiblər. Onlar buna məcbur edilir, daha çox muzdla qulluq edənlər cəlb edilir. Aprel döyüşlərində bunların hamısı üzə çıxdı. Silah-sursatlarını atıb, qorxub qaçır, canlarını qurtarmağa çalışırdılar. Düşmən itkisini gizlədir. Yalan məlumat yaydılar ki, guya 90 nəfər itki verib. Amma daha çox idi”.
Həmin vaxtllarda bütün xalq ordumuza, hərbçilərimizə güvənir, yanında olmaq istəyirdi. Rayonlardan, kəndlərdən müraciətlər vardı:
“Döyüş əhval-ruhiyyəsi çox yüksək səviyyədə idi. Əmr gələndə hamı sevinirdi ki, artıq müharibə başladı. Nə vaxta qədər eyni mövqedə oturub, düşmənlə üzbəüz durmalıyıq? Hamının fikri bir idi: İrəli getmək! Gözümüzə nə ölüm görünürdü, nə də qorxu vardı.
Təsəvvür edin, rayonlardan, kəndlərdən, mülki əhalidən nə qədər gəlmək, döyüşmək istəyən vardı. 1992-93-cü illərdə vuruşan qazilərimiz, döyüş iştirakçıları – hamı qoşulmaq istəyirdi ki, başlayıbsa, sonadək gedək!. Amma ehtiyac yox idi. Ordumuzun kifayət qədər əsgəri, texnikası var.
Arzu Məmmədov aprelin 3-də ağır yaralanır, 19 yaşlı əsgəri Sərxan Bağırov isə şəhid olur.
“Aprelin 3-də səhər düşmən tərəfindən atılan mərmi gəlib yanımıza düşdü, qolumu itirdim, bədənimin bir çox yerindən ağır yaralandım. Həmin an elə yoldaşlarıma bircə kəlmə “Bu gün qızımın ad günü idi”- deyə bildim. Onlar da çox pis olmuşdular. 19 yaşlı əsgərim Bağırov Sərxan isə şəhid oldu. Göygöl rayonundan evin tək övladı idi. Yüksək əhval-ruhiyyəli, vətənə məhəbbəti olan, yaxşı hazırlıqlı əsgər idi. Çox heyfslənirəm. Mütəmadi valideynləri ilə danışır, görüşürük.
Sonra cibində bir məktub tapılmışdı. Nişanlısına yazmışdı. Elə bil ki, qabaqcadan bilirdi, şəhid olacağını. Bir növ vida məktubu idi”...
Bədəninin bir çox yerindən ağır yaralanan Arzu bəyi təcili Füzuli, ordan isə Bakıya xəstəxanaya çatdırırlar. Hərbçimiz ağrılarının çox olmasına baxmayaraq, ən gözəl xəbəri - Lələtəpə yüksəkliyinin işğaldan azad olunma xəbərini də elə həmin hospitalda alır.
“Məni də təcili xəstəxanaya çatdırıblar. Oyananda axşam saat yeddi olardı. Gördüm ki, ayaqlarım, qolum sarğı içindədir, problemlər var. Bir gün Füzulidə xəstəxanada qaldım, ayın 4-ü Bakıya hərbi hospitala gətirdilər.
Cəbhədə baş verənlərlə bağlı mütəmadi olaraq bizə baxan həkimlər məlumat çatdırırdılar. Yaralılar gətirirdilər, şəhid xəbərləri eşidirdik. Bir iş yoldaşım vardı, Mirzəyev Məhəbbət. Sonradan Xüsusi Təyinatlı Qüvvələrdə qulluq etmişdi. Çox gözəl kəşfiyyatçı idi. Onun şəhid xəbərini də orada eşitdim.
Lələtəpə yüksəkliyinin işğaldan azal olunduğunu biləndə çox sevindik. Ağrı-acımızı da hiss etmirdik sevincdən”.
Yaralı və şəhid verdiyinə baxmayaraq, əsgərlər ruhdan düşmədi. Əksinə, bundan sonra daha çox ruh yüksəkliyi yarandı. Çünki artıq qisası alınacaq şəhidimiz, yaralılarımız vardı və yalnız irəli getmək lazım idi! Elə də oldu. Artıq Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağı sancılmışdı:
“Aprelin 5-i saat 12 ilə 1 arası atəşkəs oldu. Hərbçi yoldaşlarım danışır ki, döyüş dayandırıldığı, lap irəli gedə bilmədiyimiz üçün hamı heyfslənirdi. Biz ermənilərə çox ağır zərbələr vurmuşduq. Onların itkiləri çox idi. Düşmən postları bərbad vəziyyətdə idi. Postlarda şəraitsizlik, silahlarını qoyub getmələri, cəsədlərinin geyiminə baxanda bilinir ki, elə bil məcbur orada durublar. Çünki onlar qorxaq millətdirlər”.
Təbii, bu qələbə inamlı və cəsur Ordumuzun, əsgərlərimizin sayəsində qazanılmışdı. Lakin dövlət qayğısı, Ordunun silah-sursatla yüksək səviyyədə təchiz edilməsi də mühüm amildir:
“Bizim bu qədər inamlı və ürəkli olmağımızda həm dövlətin qayğısı, həm də silah, texnika baxımından şəraitimiz mühüm rol oynayır. Dövlət həmişə bizim arxamızda olub. Prezident də onu göstərdi. Belə ki, aprelin 5-i cənab prezident hərbi hospitala gəldi, yaralılarla görüşdü, bir-bir hamımızla hal-əhval tutdu. Bu gün də dövlət bizi tək qoymur”.
Həmin günlərdə xalq da bir yumruq altında birləşmişdi. Hamı xəstəxanalara gedir, yaralılara baş çəkirdi:
“Xəstəxanada olanda mülki əhali köməyə can atırdı. Görüş vaxtlarında palatalarda yer olmurdu. Çöldə insan izdihamı vardı. Hamı çalışırdı ki, içəri keçsin, yaralılarla görüşsün. Gücləri nəyə çatır, köməklik etsinlər. Yerimizdən dura bilmirdik, pəncərədən boylananda görürdük ki, bütün ətraf binaların eyvanlarında bayrağımız asılıb. Millət çöldə az qala bayram ab-havasında idi. Küçələrdən maşınların siqnal səsi eşidilirdi. Bu, bizdə ruh yüksəkliyi yaradırdı, insan fəxr edirdi”.
Arzu bəyin sözlərinə görə, hərbçilərimizin keçilməz hesab etdiyi sədləri keçməsi düşməni qorxuya salıb. Aprel döyüşlərindən sonra düşmən daha da sarsıldı:
Bu gün mən bədənimin hansısa üzvünü itirdiyimə yox, bir ona görə heyfslənirəm ki, kaş axıra kimi gedəydik. Erməni bu neçə ildə elə bilirdi ki, bunların keçilməz sədləri keçiriləsi deyil. Onlar gördü ki, o keçilməz sədlərini bir neçə saat ərzində bizim hərbçilərimiz keçdi. Onlar bunu gözləmirdi. Gördülər ki, vəziyyət çətindir.
Bu gün də onlar qorxu içərisindədir. Əsas yüksəkliklər bizdədir. Lələtəpə yüksəkliyi alınandan sonra Cocuq Mərcanlı və digər ərazilər artıq bizim nəzarətimizdədir. Döyüşlərdən sonra çox sarsıldılar”.
Arzu bəyin oğlu da onun yolunu davam etdirmək, hərbçi olmaq istəyir. O, isə düşünür ki, tezliklə Azərbaycan torpaqlarının bütövlüyü təmin olacaq və gələcək nəsil bütöv Azərbaycanda böyüyəcək, xidmət edəcək:
“Tez-tez hərbi hissəmizə, birləşməyə gedib-gəlirəm. Biz bu gün də əmr gözləyirik ki, torpaqlarımızı mənfur düşməndən azad edək. Yaralansaq da, canımızın parasını itirsək də, bunun önəmi yoxdur. Yenə də döyüşməyə hazırıq. İnşallah tez bir zamanda ərazi bütövlüyümüz bərpa olunar, xalqımız sevinər.
Oğlum 3 il bundan əvvəl məni belə vəziyyətdə görəndən sonra deyirdi ki, mən hərbçi pilot olacam, yuxarıdan, yüksəklikdən daha yaxşı görünür, onları daha yaxşı görüm, böyüyəndə erməniləri qıracağam.
Bu gün biz hamımız – hərbçilər, qazilər, gözləyirik ki, şəhidlərimizin qisasını alaq. Düşmənə şans verilir ki, sülh yolu ilə torpaqları qaytarsın. Əgər bunu dərk etməsə, qaytarmasa, müharibə qaçılmazdır. Özləri də bilir ki, bizim silahlarımız və heyətimiz hansı vəziyyətdədir və nəticə necə olacaq. Qafqazın ən güclü ordusu bizim ordumuzdur. Biz də istəyirik ki, torpaqlarımızı azad edək. Bu işi gələcək nəslə saxlamayaq”.
Sevinc Xanqızı
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır