Nida Xəbər
Sabiq nazirdən Mirmahmud Mirəlioğluna SƏRT SÖZLƏR: Biri ona izah etsin ki...
Sabiq təhsil naziri, professor Firudin Cəlilov Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunu sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb KXCP sədrinin onun haqqında bəzi fikirlər işlətməsi olub.
Sabiq nazir bildirib ki, parlamentdə yeni əlifba qəbul olunanda səsi çıxmayan deputat Mirmahmud Mirəlioğlu indi onu ittiham edib: “O deyib ki, guya mən parlamentdə Ortaq Türk Əlifbasının əleyhinə olmuşam, x, q, ə hərflərini ora zorla salmışam. “Partiyasında savadlı biri ona izah etsin ki, Ortaq Türk Əlifbası bütün türk dillərini əhatə edən əlifbadır, onun qandığı Türkiyə əlifbası deyil. Ortaq Türk Əlifbası türk ölkələrindən dəvət olunmuş alimlərin iştirakı ilə 1991-də İstanbulda keçirilən üç günlük “Ortaq Türk Əlifbası simpoziumu” sonunda qəbul olunmuş əlifbadır, türkiyəli uzmanlar da 3-4 hərf əlavə edib ortaq əlifbaya keçmək istəsələr də, hakimiyyətin dəyişməsilə bu alınmadı. Mən simpoziumun qəbul etdiyi həmin Ortaq Türk Əlifbasını komissiya sədri kimi Azərbaycan parlamentində təqdim etdim, qəbul olundu. Tatarlar və bəzi türk xalqları kimi biz də 28 ildir həmin ortaq əlifbanı işlədirik. Qazax və özbəklər də həmin əlifbaya indi keçirlər. Tarix müəllimi olan Mirmahmud bəy bu 28 ildə yazdığı əlifbanın Ortaq Türk Əlifbası olduğunu hələ də anlamayıb, yazıqlar olsun”.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı


































