Nida Xəbər
DGK sədri Kunio Mikuriya ilə görüşdü
Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlığı Şurasının 133/134-cü sessiyaları çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş Katibi Kunio Mikuriya ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a bildirilib ki, Kunio Mikuriya ÜGT-nin Bakı şəhərində keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində ölkəmizə səfərindən, Prezident İlham Əliyevlə görüşündən məmnunluqla bəhs edib. ÜGT rəhbəri konfransın yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Respublikası Prezidentinə və Hökumətinə bir daha təşəkkürünü bildirib.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ÜGT ilə Azərbaycan gömrüyü arasında uzun illərə söykənən səmərəli və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur və birgə həyata keçirilən uğurlu layihələr, gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli həyata keçirilməsi istiqamətində atılan addımlar gələcək əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
Eyni zamanda, Azərbaycan gömrüyündə son illərdə həyata keçirilən islahatlar, gömrük işi sahəsində bu islahatların regional və beynəlxalq müstəvidə faydalarından bəhs olunub, birgə fəaliyyətin səmərəliliyinin artırılması və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

