Nida Xəbər
İordaniyalı yazarın Azərbaycana həsr etdiyi kitabı təqdim edildi - FOTO
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İslam Əməkdaşlıq Təşkilatlarına üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tərcümə etdiyi iordaniyalı tarixçi-yazar Ömər əl-Armutinin müəllifi olduğu “İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” kitabın təqdimat mərasimi keçirilib.
Təqdim olunan kitab haqqında ümumi məlumat verən “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Rafiq Əliyev qeyd edib ki, bu artıq Ömər əl-Armutinin ikinci kitabıdır ki, Azərbaycan dilinə tərcümə olunaraq çap edilib: “Bu kitab Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyevin İslam dünyasında apardığı uğurlu siyasəti, müsəlman ölkələri, o cümlədən İordaniya ilə qurduğu sıx əməkdaşlıq və dostluq əlaqələrini özündə əks etdirir. İordaniya ilə Azərbaycanın siyasi, iqtisadi və strateji cəhətdən müəyyən oxşarlıqları var. İki ölkə arasında mədəni və siyasi əlaqələr yüksək səviyyədədir, həmçinin bu dövlətlər Dağlıq Qarabağ və digər məsələlərdə əməkdaşlıq edirlər”.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, tək Azərbaycanda yox, ümumiyyətlə dünyada hər hansı bir kitabın çap olunması, işıq üzü görməsi əlamətdar və təqdirəlayiq hadisədir: “Hazırda Azərbaycan İslam dünyasında həmrəylik meyllərinin artması üçün ciddi səylər göstərir. Bunu nəzərə aldıqda, bu kimi kitabların əhəmiyyətinin bir daha şahidi ola bilərik. İordaniya Azərbaycan üçün əhəmiyyətli ölkədir. İki dövlət arasında diplomatik münasibətlərin yaranmasının 25 ili tamam oldu. Bu müddət ərzində İordaniya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edib. Əlbəttə, bu əlaqələrin müəyyən tarixi var. Bu tarixin əsasını da Ümummilli lider Heydər Əliyev və İordaniyanın sabiq prezidenti Hüseyn Bil Talal qoymuşdur. Qurulan əlaqələr hazırda cənab Prezident İlham Əliyev və İordaniyanın dövlət başçısı Kral II Abdulla tərəfindən uğurla davam etdirilir. Bu əlaqələr gələcəkdə də inkişaf etdiriləcək, davamlı olacaq. Ümid edirəm ki, növbəti illərdə də bu kimi kitablar nəşr ediləcək və İslam dövlətlərində yayılacaq”. B.Həsənov əlavə edib ki, Azərbaycan haqqında, ölkəmizin tanıdılması istiqamətində çap olunan kitablar təqdirəlayiqdir”.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov layihənin məqsədlərindən danışaraq vurğulayıb ki, əsas məqsəd Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış problemlərin ərəb ictimaiyyətinə çatdırmaqdan ibarətdir: “KitabdaDağlıq Qarabağ münaqişəsi və 20 Yanvar hadisələri ilə bağlı fəsillər var. Kitabda xarici güclərin dəstəyi ilə ermənilərin Azərbaycan torpaqlarında etnik təmizləmə aparması, 1 milyon dinc əhalinin öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsi ürək ağrısı ilə qeyd edilib”.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva bildirib ki, bu kitab həqiqətən Azərbaycana olan sonsuz sevginin təcəssümü kimi ərsəyə gəlib: “Düşünürük ki, bu kitab Azərbaycan xalqı və onun keçdiyi tarixi inkişaf yolu, bu günü, həmçinin onun davamlı, dayanıqlı inkişafı, gələcək planları, daxili, eyni zamanda xarici siyasəti, tarixi və mədəniyyəti haqqında İordaniya xalqına geniş məlumat bəxş edir. Hər iki ölkə başçıları tərəfindən aparılan siyasət nəticəsində 2007-2010-cu illər ərzində qarşılıqlı olaraq 2 səfərin edilməsi və 40-a qədər sazişin imzalanması bu kitabda çox böyük məhəbbətlə yer alır. Üç fəsildən ibarət olan bu kitabda məni ən çox sevindirən məqam ondan ibarətdir ki, xalqın ən sadə nümayəndəsi belə qatılan tədbirlərin baş verməsidir. İordaniyada Azərbaycan mədəniyyət günləri böyük məhəbbət hissi ilə qarşılanıb. Bu mədəniyyət günlərinin qarşılıqlı şəkildə, mübadilə əsasında baş verməsi xalqların bir-birinin mədəniyyətlərini, eləcə də onların xarakterlərini, həmçinin bu ölkə haqqında ideoloji münasibətlərin inkişafına təkan verir. Hesab edirəm ki, bunların sayını artırmaq lazımdır. Cənab Ömər bəy 40-dan çox kitabın müəllifidir və tarixi, bədii mövzularda yazır. Onu İordaniya xalqı sevir, bundan sonra isə bütün Azərbaycan sevəcək və siz bu gündən etibarən Azərbaycanın dostuna çevrildiniz”.
S.Vəliyeva Ömər əl-Armutiyə Naxçıvan xalçasının ornamentlərindən ibarət hədiyyə təqdim etdi.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkə jurnalistləri adından Ömər əl-Armutiyə təşəkkür edib: “İslam Əməkdaşlıq Təşkilatlarına üzv Dövlətləri Jurnalistləri Assosiasiyası Azərbaycanın ərəb coğrafiyasında tanınması istiqamətində ciddi işlərə imza atır. Ərəb jurnalistlərinin Azərbaycana dəvət olunması və ölkəmizlə tanışlıq da bu qəbildəndir. Ömər əl-Armutinin müəllifi olduğu kitabda isə Azərbaycan-İordaniya əlaqələrinin mühüm məqamları qeyd olunur. Bu sayaq kitablar Azərbaycan həqiqətlərinin ərəb dünyasında yayılmasına töhfə verəcək.”
Millət vəkili, tarixçi alim Musa Qasımlı iordaniyalı müəllif Ömər əl-Armutinin təkcə Azərbaycan-İordaniya əlaqələrinin müxtəlif sahələrinə deyil, həm də təhsilimizə böyük töhfə verdiyini bildirib və qeyd edib ki, indi və gələcəkdə onun hər iki kitabından Azərbaycanda tələbələr, tədqiqatçılar istifadə edə biləcəklər.
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı