Nida Xəbər
Qüdrət Həsənquliyev: Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biridir
Əbülfəz bəyin ruhunu incidən Leyla Yunusun QRU-nun (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti olmasını AXC hakimiyyətində çoxları bilsə də, yetərincə peşəkarlıq olmadığından xüsusi xidmət orqanları onu ifşa edib məsuliyyətə cəlb edə bilmədi.
Publika.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP sədrinin sözlərinə görə Leyla Yunus həmin dövrdə Müdafiə nazirliyinə işə də agent kimi göndərilmişdi və qəbul olunmuşdu: "Yoxsa adamdan soruşarlar ki, sən tarixçi və Akademiyanın elmi işçisi, bir gün də nə jurnalist, nə də analitik fəaliyyətlə məşğul olmamış adam, sən hara Müdafiə nazirliyinin mətbuat və analitik mərkəzi hara?"
Qüdrət Həsənquliyev Leyla Yunusun AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olduğunu vurğulayıb: "Onun AXC hakimiyyəti dövründə yaxınlıq etdiyi adamların kimliyinə baxsanız onların hamısının agent olduğunu görəcəksiniz. İndi də eyni vəziyyət təkrarlanır. Onun bu sərsəmləmələrini yayan xanım da agentdir, özünə Elçibəyçi deyib Rusiyanın Rüstəmi ilə, Qumun əl öpən məzunu ilə, o cümlədən bu əməkdaşlıq edib müdrikcəsinə susan Milli Şura rəhbərləri də. Bu tipli adamlar müttəfiqlərini özləri seçmir. Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə gəldikdə isə Elçibəyi yanındakı agentlərlə yanaşı, yaxın ətrafında olan çoxları, onu qorxudan satmışdı.Ölkə idarəolunmaz vəziyyətə gəlmişdi. Həmin dövrdə ölkəni fəkakətdən və məhv olmadan yalnız Heydər Əliyev bu agentləri zərərsizləşdirməklə xilas edə bilərdi. Xalqını özündən artıq sevən Elçibəy də bunu bildiyindən onu Bakıya dəvət etdi və Leyla kimi cəsusların arzularını gözündə qoydu".
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region14 Oktyabr 15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ14 Oktyabr 15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO















.jpg)


.jpg)




















