Nida Xəbər
Sona Vəliyevaya “Qızıl qələm” mükafatı verildi
Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) bir qrup üzvü Bakıda səfərdədir. Birliyin başqanı Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyəti üç əsrin qəzeti olan "Kaspi” qəzetinin kollektivi ilə görüş keçirib.
Publika.az xəbər verir ki, "Gənc Qırğız şeiri antologiyası”nın təqdim olunduğu görüşdə ölkələrimiz arasında ədəbi əlaqələrin dünəni, bu günü və gələcək perspektivləri müzakirə olunub. Qeyd edilib ki, hər iki ölkənin şairlərinin bir-birini yaxından tanımasına və bir-birini tanıtmalarına ehtiyac var.
Tədbirdə QMYB-nin başqanı Nurlan Kalıbekov tanınmış şairə, filologiya üzrə elmlər doktoru, antalogiyanın məsləhətçisi Sona Vəliyevaya Birliyin təsis etdiyi "Qızıl qələm” mükafatını təqdim edib. S.Vəliyeva dəyərli mükafata görə təşəkkürünü bildirərək, "yaradıcılığımla bu mükafata layiq olmağa çalışacağam” söyləyib.
Qeyd edək ki, "Gənc qırğız şeiri antologiyası”nın layihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Nəşrdə 35 gənc qırğız yazarının müxtəlif mövzuda şeirləri toplanıb. "Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq. Gələcəkdə Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət antalogiyanın da Qırğızıstanda çap olunması nəzərdə tutulub.
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər








.jpg)




.jpg)



.jpg)



















