Nida Xəbər
Azərbaycan bu təşkilatda iştirakçı statusu əldə etdi
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsində (DAC) iştirakçı statusu əldə edib.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, ölkəmiz OECD/DAC ilə 2015-ci ildən etibarən əməkdaşlıq edir və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən aparılan iş nəticəsində Azərbaycan bu mötəbər qurumda artıq iştirakçı olaraq təmsil olunur.
OECD/DAC inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Qeyd edək ki, Azərbaycan MDB daxilində OECD/DAC-da bu statusda təmsil olunan yeganə ölkədir. Hal-hazırda Azərbaycanla yanaşı, təşkilatın iclaslarında cəmi 6 ölkə iştirakçı statusunda təmsil olunur (Bolqarıstan, Küveyt, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri).
AIDA tərəfindən 2016-cı ildən etibarən hər il təşkilata təqdim olunan Azərbaycanın Rəsmi İnkişafa Yardımı (Official Development Assistance/ODA) üzrə hesabat OECD tərəfindən nəşr olunan İnkişaf üzrə Əməkdaşlıq Hesabatında əks olunur və bu da ölkəmizin digər aparıcı dövlətlər ilə birlikdə beynəlxalq səviyyədə donor dövləti kimi nüfuzunun daha da möhkəmlənməsinə səbəb olur. OECD/DAC iclaslarında iştirakçı statusunda təmsil olunmaq donorlar ailəsinin yeni üzvünə çevrilmiş Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlıqların əldə edilməsinə xidmət edəcəkdir.
Ölkəmizin yüksək statusda – iştirakçı olaraq dünyanın aparıcı və ən yüksək iqtisadi göstəricilərə malik olan ölkələri birləşdirən bu mötəbər qurumda təmsil olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi və siyasi yüksəlişinin bariz nümunəsidir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
