Nida Xəbər
Nazirlər Bakıda bu məsələləri müzakirə etdi
Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, mətbuat konfransında çıxış edən xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, digər türkdilli ölkələr iclada nazirlər səviyyəsində, yalnız Macarıstan Respublikası xarici işlər və ticarət nazirinin müavini səviyyəsində təmsil olunub: “Tədbirdə ilk olaraq nazir Elmar Məmmədyarov çıxış edib. Nazir Azərbaycanın Türk Şurasına sədrliyi dövründəki prioritet istiqamətləri, gündəlikdə olan bir sıra müham məsələlər, o cümlədən qeyri-üzv dövlətlərin və beynəlxalq təşkilatların müşahidəçi qismində Türk Şurasına üzv qəbul edilməsi qaydalarının hazırlanması, Türk Şurasının fəxri sədrinin statusunun hazırlanması barədə məlmatlar verib. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti adından türkdilli ölkələrin dövlət başçılarına daimi olaraq bu məsələdə Azərbaycana dəstək nümayiş etdirdikləri üçün öz minnətdarlığını bildirib.
Nazir öz çıxışnda Türk Şurasında əməkdaşlığın daha da genişləndirilməsinin, üzv ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin artırılmasının, qeyri-üzv dövlətlərin və beynəlxalq təşkilatların üzv qəbul edilməsinin əhəmiyyətini vurğulayıb”.
R.Həsənov bildirib ki, “Türk gələcəyi 2040” proqramı, Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunun tam şəkildə fəaliyətinin təmin edilməsi, Türk Şurasının diplomatik heyətinin genişləndirilməsi və Macarıstanda yerləşən nümayəndəlik ofisinin fəaliyyətə başlaması kimi məsələlər də müzakirə edilib.
Nazir müavini bildirib ki, Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatı və BMT yanında müşahidəçi ststusunun alınması, Vışeqrad Qrupu ölkələri, Avropa İnstitutları, elədə də ASEAN və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi beynəlxalq təşkilatlarda əlaqlərin yaradılması və təşkilatın 2020-ci ildə keçiriləcək VIII zirvə görüşü kimi bir sıra məsələlər müzakirə olunub.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
