Nida Xəbər
MSK yüksək təşkilatçılığı ilə seçilirdi - Maldiv Seçki Komissiyasının üzvü
9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparmışıq. Seçicilər hər hansı narahatlıq olmadan öz səslərini verirdilər.
Publika.az xəbər verir ki, bunu Maldiv Seçki Komissiyasının üzvü Fuad Tofik (Fuwod Thowfock) deyib. O bildirib ki, səslərin sayılması prosesində də iştirak ediblər: "Ümumilikdə seçki prosesi çox axıcı keçdi. Seçicilərin iştirakı kifayət qədər yaxşı idi. Seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə etdik. Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq. Biz həmçinin rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. Bu zamanda istər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı, rəvan olması üçün çalışırdılar. Olduğumuz hər bir seçki məntəqəsində ən azı 1 tərcüməçi var idi. Həmin insanlar bizim qarşı tərəflə ünsiyyət qurmamıza köməklik göstəriblər. Seçki prosesində iştirak edən şəxslər beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər və bizi gülərüzlə qarşılayırdılar”.
Fuwod Thowfock onu da qeyd edib ki, MSK seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığı ilə seçilirdi: “Biz bağlanış zamanı 23 saylı seçki dairəsinin 22 saylı məntəqəsində olduq. Xüsusilə qeyd edim ki, 19:00-da proses tamamilə dayandırılmışdı. Artıq heç kim seçki məntəqəsinə daxil ola bilmirdi".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

