Nida Xəbər
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
Bu gün görkəmli oftalmoloq, Azərbaycan SSR əməkdar elm xadimi, professor Zərifə Əliyevanın anım günüdür.
Kult.az Zərifə Əliyeva ilə bağlı 7 faktı təqdim edir:
1. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində anadan olub.
2. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi dost olmaları Zərifə xanımın şəxsi inkişafına da müsbət təsir göstərib.
3. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. 1960-cı ildə təklif etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” adlı müalicə metodu tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu xəstəlikdən xilas olub.
4. Zərifə Əliyeva 1954-cü ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə ailə qurub. Bu izdivacdan 1955-ci il oktyabrın 18-də Sevil Əliyeva, 1961-ci il dekabrın 24-də isə İlham Əliyev dünyaya gəlib.
5. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib.
6. 1967-ci ildə Z.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı.
7. Z.Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. O bu mükafata layiq görülən ilk qadın idi.
Qeyd edək ki, 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




.jpg)





















.jpg)

.jpg)