Nida Xəbər
Baş prokuror kürəkənini işdən çıxardı - RƏSMİ
Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.
Əmrə əsasən, Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.
Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "BakuPost"a məlumatı təsdiqləyib.
O bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən, Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.
O.Nuriyevin yeni iş yeri barədə sorğumuza cavabında isə E.Sultanov bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətində məlumatın olmadığını vurğulayıb.
Qeyd edək ki, Orxan Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
