Nida Xəbər
AŞPA hər zaman qlobal maliyyə şəbəkələrinin maraqlarına xidmət edib - Politoloq
“Beynəlxalq strukturların hər biri bu gün ikili standartlarla işləyir. Başda BMT olmaqla digər Avropa strukturlarının və dünyada mövcud olan qlobal təşkilatların hamısı ikili standart yürüdür. Avropa Şurası Parlament Assambleyası (AŞPA) isə ikili standartların ən geniş vüsət aldığı regional platformadır. Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Bilavasitə həmin təşkilatları maliyyə cəhətdən təmin edən, xüsusilə də böyük təsir imkanı olan dövlətlər öz geosiyasi maraqlarını, bu maraqlar kontekstində istənilən qərarı həmin təşkilatlarda qəbul etdirə bilirlər”.
Bunu Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O qeyd edib ki, AŞPA-nın ikili standartla işləməsi və müəyyən qlobal güclərin maraqları kontekstində bəzən insan haqlarını çox asanlıqla gözardı etməsi heç də təəccüb yaradacaq məsələ deyil:
“Buna görə də son dövrlər AŞPA tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib. Bu baxımdan Avropa Şurası (AŞ) da istisna deyil. Biz bu təşkilatlara, onların uğursuz siyasətlərinə inad olaraq güclü islahatlar apararaq ölkəmizi həm iqtisadi və siyasi, həm də hüquqi cəhətdən gücləndirməliyik. Bu zaman Avropa Şurası (AŞ) kimi ikili standartla işləyən strukturlar hər hansısa bəhanəni əsas gətirərək bizi ittiham edə bilməz. Düşünürəm ki, bu təşkilatların yarıtmaz siyasəti hələ bir müddət davam edəcək.
Baxmayaraq ki, COVID-19 pandemiyasından sonra çoxları düşünür ki, dünyanın nizamı dəyişəcək və müsbətə doğru hansısa ciddi dəyişikliklər olacaq. Dəyişiklik olacaqsa da bu, müəyyən qlobal güclərin, xüsusilə də dünyanı idarə edən qlobal maliyyə güclərinin maraqları kontekstində olacaq. Bu da bütövlükdə dünya maliyyə sistemlərinin daha da inhisarlaşmasına gətirib çıxaracaq. AŞ, Avropa İttifaqı (Aİ) və AŞPA kimi strukturlar bütün zamanlarda qlobal maliyyə şəbəkələrinin maraqlarına xidmət edib və bu gündən sonra da bu şəkildə davam edəcəklər. Biz çox güclü olmalıyıq. Çünki dünya güc faktoru ilə razılaşır”.
Akqabay Mıradov
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

.jpg)























.jpg)


