Paşinyanın idarəçilik təcrübəsinin olmaması Ermənistanı pis vəziyyətə saldı - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Paşinyanın idarəçilik təcrübəsinin olmaması Ermənistanı pis vəziyyətə saldı - ŞƏRH

Paşinyanın idarəçilik təcrübəsinin olmaması Ermənistanı pis vəziyyətə saldı - ŞƏRH

“Hesab edirəm ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, koronavirusun yaşatdığı ağır dövrü yaşamalı idi”.

Bunu Publika.az-a açıqlamasında Rusiya mediasında Ermənistanın koronovirusla mənfi mübarizəsi ilə bağlı dərc edilən məlumatları təhlil edən Aydın Mirzəzadə bildirib.

Deputat bildirib ki, Ermənistan normal, sivil dövlət qurmaq əvəzinə qonşu dövlətlərin torpaqların öözünküləşdirməyə cəhd etdi:

“İlk olaraq Azərbaycan torpaqlarını işğal etdi. Bu gün Dağlıq Qarabağ məsələsi Ermənistanın boynundan ağır yük kimi asılıb. Büdcəsinin böyük bir hissəsi ordu saxlanılmasına və işğalçı siyasətin aparılmasına gedir. Faktiki olaraq normal formada nə səhiyyəsini, nə infrastrukturunu, nə də problem olacağı dövrdə qonşu dövlətlərdən yardım almaq mexanizmini qura bilməyib. Paşinyanın idarəçilik təcrübəsinin olmaması ağır vəziyyəti daha da drammatikləşdirdi. Ermənistanda nə normal səhiyyə, nə də normal infrastruktur yoxdur. Ermənistanın maliyyə imkanları məhduddur.

Vaxtaşırı xaricdə marafonlar keçirib, ianə almaqla büdcəsini doldurmağa çalışır. Bu isə nəticəni göstərir. Zamanında sivil dövlət quruculuğuna əhəmiyyət verilsəydi, Ermənistan bu vəziyyətə düşməzdi. Necə ki, bu gün Gürcüstan, Orta Asiya və Mərkəzi Asiya dövlətləri pandemiya ilə mübarizədə həm öz resurslarına, həm də kənardan dost ölkələrin yardımı ilə ona qarşı səmərəli mübarizə aparırlar. Ermənistanın mövcud problemlərinə koronavirusun yaratdığı ağır fəsadlar da qoşuldu və nəticəsi heç də ürəkaçan olmayacaq. Ermənistan ilk növbədə özünün baza və dövlətçilik prinsiplərini nəzərdən keçirməlidir. Ondan sonra başqa məsələlərin həllinə gedə bilər”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm