Nida Xəbər
Nazirlik Sərkisyanın iddiasına münasibət bildirdi
Bu gün keçirilən mətbuat konfransında çıxış edən Ermənistanın sabiq prezidenti Serj Sərkisyan 2016-cı ilin aprel döyüşləri barədə danışarkən guya Azərbaycan Ordusunun tərkibində Türkiyə və İsraildən hərbi təlimatçıların olması haqqında fikir səsləndirib.
Publika.az xəbər verir ki, iddiaya Azərbaycan Müdafiə Nazirliyi münasibət bildirib.
Nazirliyin Feysbuk səhifəsində yer alan açıqlamada deyilir:
"Bəllidir ki, məhz Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur.
Aprel döyüşlərindən aldığı zərbənin təsirindən 4 il sonra qismən özünə gələn Serj Sərkisyanın bəraət qazanmaq üçün bu cür cəfəng fikirlər səsləndirməsi heç də təəccüblü deyil. Belə ki, bir tərəfdən Ermənistan ordusunun həmin döyüşlərdəki məğlubiyyətinin fəsadları, digər tərəfdən isə parlament komissiyasının bu uğursuzluqların səbəb və səbəbkarlarını müəyyən edərək onlara ağır cəza vermək çağırışı S.Sarqsyanı belə bir addım atmağa məcbur edib.
Bildiririk ki, bu gün Azərbaycan Ordusu ölkəmizdə və dünyanın ən nüfuzlu hərbi təhsil müəssisələrində ixtisaslaşmış peşəkar hərbi qulluqçularla komplektləşdirilmiş və arsenalında ən müasir silah-sursat, hərbi texnikası olan ordudur.
Serj Sərkisyan səsləndirdiyi yalan və gülünc fikirlər onun öz tərəfdaşları, erməni ictimaiyyəti qarşısında itən nüfuzunu bərpa etməyə, xüsusilə də parlament komissiyasının qəbul edəcəyi qərarlara təsir etməyə yönələn uğursuz cəhddir. Erməni xalqı bilməlidir ki, Ermənistan ordusunun Aprel döyüşlərindəki alçaldıcı məğlubiyyətinin günahkarı məhz S.Sərkisyan və onun hərbi-siyasi rejimi olub.
Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hazırkı hakimiyyətinin törətdiyi hərbi avantüranın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatlarının qarşısını almağa qadirdir".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

