Nida Xəbər
İslam Əməkdaşlıq Təşkilatı erməni təxribatını kəskin şəkildə qınadı
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycana qarşı mülki insan tələfatına səbəb olan hücumlarını dərin narahatlıqla izləyir.
Publika.az xəbər verir ki, İƏT-in bununla bağlı yaydığı bəyanatda Baş Katibliyin Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə qınadığı vurğulanır. Qeyd edilir ki, Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edir, İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələrini, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını, iki ölkə arasındakı münaqişənin Azərbaycanın suverenliyinə hörmətə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan siyasi yolla həllinə nail olmaq üçün dialoqun qəbul edilməsini tələb edir.
Baş Katiblik şəhid olan Azərbaycan vətəndaşlarının ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyir.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları






.jpg)







.jpg)





.jpg)







.jpg)

.jpg)







