Nida Xəbər
Əflatın Amaşov cəbhə bölgəsində çalışan jurnalistlərə müraciət etdi
Mətbuat Şurasının sədri Əflatın Amaşov cəbhə bölgəsində çalışan jurnalistlərə müraciət edib.
Publika.az xəbər verir ki, müraciətdə deyilir:
"Çox çətin şəraitdə çalışırsınız. Həyat və sağlamlıqlarınızla risk edirsiniz. Bu, Vətən qarşısındakı müstəsna və danılmaz xidmətinizdir. Sizə hörmət və ehtiramımızı bildiririk.
Əziz dostlar, həmkarlar, daxilinizdəki ruh yüksəkliyini və coşğunu da anlayırıq. Ancaq işinizi görərkən hərbi formada, hərbi forma rəng çalarları olan paltarlarda olmayın. Məsələ yalnız onda deyil ki, bununla özünüzü açıq hədəfə çevirirsiniz. Hərçənd bu da əsasdır. Daha bir əsas məsələ sosial şəbəkələrdəki, xüsusən facebookdakı şəkillərinizdir. Ora hərbi formada, əldə silah şəkil qətiyyən qoymayın.
Yada salım ki, biz hərbi formada, əlində mikrafon, diktafon, çiynində avtomat olan erməniləri görürdük. Əsaslandırırdıq ki, onların başlarına bir iş gəlsə, ermənilər başlayacaqlar ki, Azərbaycan Ordusu jurnalistlərə atəş açıb.
Allah eləməsin ki, başınıza bir iş gəlsin, canınızı sağ və sağlam olsun. Gün o gün olsun ki, hər biriniz tam qələbə xəbərlərinin müjdəçisi olasınız. Amma müharibədir, hər şey mümkündür. Müharibənin ağırlığını sizlərə izah etməyə heç ehtiyac yoxdur. Hər gün görür və yaşayırsınız...
Uzun sözün qısası, sizlərlə bağlı hansısa hadisəni beynəlxalq media ictimaiyyətinin diqqətinə çatdıranda, xarici həmkarlarımızın etdikləri ilk iş açıb facebookda sizinlə maraqlanmaq olur. Bu halda qarşılarında hərbi formalı adam çıxanda məsələni diqqətə çatdıranlara, yəni bizə münasibətləri heç də yaxşı olmur. İlk təəssürat çox çox önəmlidir. Prinsipial olaraq gördüklərinə inanırlar. Belədə qaldırılan haqlı problem əhəmiyyətini itirir.
Üstəlik onu da nəzərə alın ki, Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər. Hər vasitəyə əl atırlar. Cəbhə bölgəsində olan jurnalistin hərbi formadakı şəklindən gözəl sübut isə yoxdur. Bunu mütləq qaydada nəzərə almağınızı xahiş edirəm".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
