Nida Xəbər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb.
Publika.az-ın məlumatına görə, bəyanatda deyilir ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini "Smerç" yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub:
"Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.
Sivil insanları hədəf alaraq, onlara ağır artilleriyadan atəş açılması, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı böyük təhlükə və cinayətdir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın mülki əhalisinə qarşı yönələn bu hücumları kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini günahsız insanların qətl edilməsinə səbəb olan bu alçaq siyasətə səssiz qalmamağa çağırır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir, yaralılara acil şəfalar diləyir".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

