Nida Xəbər
“Arabnews” qəzeti işğaldan azad edilmiş torpaqlarımızın bərpasından yazdı
Səudiyyə Ərəbistanının ingiliscə nəşr olunan “Arabnews” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Azərbaycan işğaldan azad olunmuş ərazilərini bərpa edir” sərlövhəli geniş məqaləsi dərc edilib.
Məqalədə Ermənistanın 44 gün davam edən müharibədə Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutduğu, mülki obyektləri, evləri dağıtdığı qeyd olunur. Diqqətə çatdırılır ki, münaqişənin həlli üzrə danışıqların davam etdiyi 30 ilə yaxın müddətdə ermənilər hərbi təxribatlarını davam etdirib. Nəhayət, sentyabrın 27-də törədilən növbəti təxribatdan sonra əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edib, beləliklə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib. Noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri daha üç rayonu qeyd-şərtsiz tərk edib.
Müəllif qeyd edir ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər binaları, mülki obyektləri və məbədləri dağıdıb, təbii sərvətləri talan ediblər. Azıx və Tağlar mağaraları, “Qara köpək” və “Üzərlik” təpə-kurqanları kimi qədim tarixi irs nümunələri erməni vandalları tərəfindən hərbi məqsədlər üçün istifadə olunub. Azərbaycanın işğaldan azad edilmiş şəhərləri Xirosimanı xatırladır. Son məlumatlara görə, Qarabağda 67 məsciddən 63-ü vəhşicəsinə dağıdılıb, Ağdam isə kabuslar şəhərinə çevrilib. Bundan başqa, barbar ermənilər Kəlbəcər rayonunda tərk etdikləri evləri və meşələri yandırıb, mülki infrastruktura böyük zərər veriblər.
Daha sonra məqalədə Qarabağın işğalı, münaqişənin tarixi barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilərin dağıtdığı ərazilərin bərpa olunacağını bəyan edib. O bildirib ki, artıq Füzuli-Şuşa avtomobil və Bərdə-Ağdam dəmir yollarının tikintisinə başlanılıb. Azərbaycan Prezidenti qısa zaman ərzində infrastrukturun, mülki obyektlərin və yaşayış binalarının bərpa ediləcəyini, məcburi köçkünlərin doğma yurdlarına qayıdacağını vurğulayıb. Dövlətimizin başçısı bəyan edib ki, Qarabağ əsl cənnət məkanına çevriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

