Nida Xəbər
Qırıcı və helikopterlər Bakı səmasında - FOTO
Azərbaycan Ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradın hazırlıqlarını davam etdirir.
Dekabrın 8-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə və helikopterlərin Bakı səmasında hazırlıq uçuşları həyata keçirilib.
Eyni zamanda, hərbi parada şəxsi heyətin hazırlığı ilə əlaqədar məşqləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.
Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın edərək düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.(Report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
