Azərbaycan Milli QHT Forumu yeni layihə reallaşdırıb
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Milli QHT Forumu yeni layihə reallaşdırıb

Azərbaycan Milli QHT Forumu Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2020-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsini həyata keçirib. Layihənin məqsədi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına institusional informativ, metodiki, təşkilatı dəstəyin təşkil olunması bununla ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir.

Layihə çərçivəsində görülən işlərin nəticəsi olaraq, bir çox QHT sənədləşmə, təşkilatımıza üzv olma, sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunması, təşkilatın qeydiyyata alınması, layihələrin yazılması və idarə olunması, müvafiq tədbirlərin keçirilməsi və digər məsələlərlə əlaqədar olaraq təşkilatlara xidmət göstərilib və layihə çərçivəsində QHT-lərin institusional inkişafına dəstək verilib. Layihə çərçivəsində bir sıra QHT-lər Bakı Resurs və Təlim Mərkəzində tədbir keçirib (pandemiya ilə əlaqədar insan sıxlığı və kütləvi tədbirlər məhdudlaşdırılıb). Kütləvi tədbir təşkil edən təşkilatlar onlayn formatda Forumun texniki dəstəyindən istifadə edib.

MQF-ə QHT-lər və vətəndaşlar tərəfindən gələn müraciətlərə əsasən, lazımi orqanlarla əlaqə yaradılıb və yönləndirilib. Buraya dövlət qurumları, beynəlxalq təşkilatlar, mətbuat və digər QHT-lərlə əlaqələr daxildir.

Pandemiya və müharibə dövrü ilə əlaqədar olaraq digər QHT-lərin bu istiqamətlərdə fəaliyyətinin gücləndirilməsi təşviq edilib, MQF bir neçə dəfə bununla bağlı toplantı keçirib və Qərargah yaradılıb. Qərargah üzvləri müxtəlif QHT-lərdən ibarətdir.

Azərbaycan gerçəklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində təşkilatların bəyanat göndərməsinə köməklik göstərilib, digər orqanlarla birlikdə Milli Orduya dəstək kampaniyalarının təşkil olunmasında QHT-lərə yardım edilib.

.MQF-nin təşəbbüsü ilə “Bakı QHT Resurs və Təlim Mərkəzi” İctimai Birliyi təsis edilib. Birliyin əsas məqsədi Bakı, Sumqayıt və Abşeron rayonlarında yerləşən QHT-lərin institusional inkişafına dəstək göstərmək və onların fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Layihə çərçivəsində yaradılan www.brtm.az saytı vasitəsilə Bakı Resurs və Təlim Mərkəzinin yerinə yetirdiyi fəaliyyət ölkə ictimaiyyətinə təqdim ediləcəkdir. Bununla yanaşı QHT-lərin keçirdiyi tədbirlər, elanlar və digər xəbərlər bu saytla yayımlanacaqdır. Beləliklə, mərkəz haqqında və onun fəaliyyəti daha geniş informasiya əlçatan olacaqdır. Layihə çərçivəsində intentar avadanlıqların alınması mərkəzin texniki dəstəyini gücləndirib. Nəzərə alsaq ki, bir sıra QHT-nin fərdi ofisi yoxdur, ona görə də mərkəzin bu dəstəyi QHT-lər üçün çox əhəmiyyətlidir.

“MQF Könüllülər İctimai Birliyi yaradılıb. Birliyin məqsədi Ölkə prezidenti cənab İlham Əliyevin 2020-ci ili Azərbaycanda "Könüllülər İli" elan etməsi haqqında sərəncamına və çağırışına ictimai dəstək olaraq, gənclər arasında könüllülük ənənələri və mədəniyyətini formalaşdırmaq, könülllük sahəsində aktual və səciyyəvi məsələləri müzakirə etmək, könüllülük mədəniyyətinin gənclərin bir həyat tərzinə çevrilməsinə təkan verməklə, gənclərin fərdi inkişafına və sosial məsuliyətliyinin artmasına dəstək verməkdir. İctimai Birliyə hal-hazırda 300-ə yaxın gənc müraciət edib, onlayn müsahibələr təşkil edərək hər biri ilə görüş keçirilmiş və üzv seçilmişdir.

Layihə çərçivəsində Bakı QHT Resurs və Təlim Mərkəzi barədə daha geniş məlumatlandırmaqla QHT-lərin fəaliyyətinin inkişafına nail olmaq məqsədilə kitabça çap edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm