Azərbaycanın AİHM-də qalib gələcəyinə şübhə ola bilməz - MÜSAHİBƏ
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın AİHM-də qalib gələcəyinə şübhə ola bilməz - MÜSAHİBƏ

Xəbər verildiyi kimi, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistanla bağlı iddia qaldırıb. Həmin iddia Ermənistanın ölkəmizə vurduğu maddi və mənəvi ziyanın ödənilməsi öz əksini tapıb. Bu barədə ətraflı məlumat verilməsi üçün Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə müraciət etdik.

– Çingiz müəllim, ərazilərimiz işğaldan yeni azad olunub və Ermənistanın vurduğu zərər hələ tam qiymətləndirilməyib. Sizcə, Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırmaq tez deyildimi?

– Yanvarın 15- də Azərbaycan dövləti tərəfindən Avropa İnsan Haqları Məhkəməsində Ermənistan dövlətinə qarşı qaldırılmış iddia artıq təqdim edilib. Doğru deyirsiniz, hələ qiymətləndirmə tam başa çatmayıb, ərazilərimiz minalardan təmizlənməyib. Xatırladım ki, Avropa İnsan Haqları Məhkəməsində bu cür iddialara baxılması bəzi hallarda on il çəkir. Ona görə də bu, ilkin iddia kimi qəbul olunmalıdır. Bu iddia ona görə operativ şəkildə qaldırılıb ki, vaxt Azərbaycanın xeyrinə işləsin. Artıq Avropa İnsan Haqları Məhkəməsi qaldırdığımız iddianı tam icraata götürdükdən sonra həm cavabdeh tərəf olan Ermənistan dövləti, həm iddiaçı tərəf – Azərbaycan dövləti bu iddiaya yeni faktlar, yeni tələblər, yeni qiymətləndirmələr əlavə etmək hüququna malikdir. Əgər biz gözləsəydik ki, ərazilər minalardan təmizlənsin və ondan sonra qiymətlədirmə proses i bir neçə ilə başa çatsın və ondan sonra iddia qaldıraq, bu, uzun zaman tələb edəcəkdi. Təbii ki, bu da bizi qane edə bilməzdi.

– Konkret hansı istiqamətlər üzrə iddia qaldırılıb?

– Azərbaycan dövləti konkret dörd istiqamətdə Ermənistan tərəfini günahlandırır. Birincisi, qeyd olunur ki, 30 ilə yaxın müddətdə Ermənistan tərəfi Azərbaycan dövlətinin Qarabağ hissəsini və 7 ətraf rayonu işğal etməklə Azərbaycan vətəndaşlarının beynəlxalq hüquq və eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqları pozulub. Bu hüquqlar hansılardır? Birincisi insanların yaşamaq hüququdur. İkincisi insanların işgəncə və qeyri- insani rəftarlara məruz qalmasıdır. Dini – etiqad azadlığının pozulması, şəxsi və ailə hüququnun, sərbəst hərəkət etmək, mülkiyyət hüququnun pozulmasıdır. Bu iddialar artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul eilib. Çünki 30 ilə yaxındır ki, bu bölgədən olan soydaşlarımız bütün hüquqlardan məhrum olub. İddiada, eyni zamanda, qeyd olunur ki, Azərbaycan vətəndaşlarının itkin düşmüş 3min 890 nəfərin taleyi bu gün də məlum deyil və Ermənistan tərəfi onların taleyinin araşdırılması üçün hər hansı addım atmır. Mən oxuculara məlum olsun deyə, qeyd edirəm ki, bu 3 min 890 nəfət itkin düşənlər 44 günlük Vətən müharibəsi zamanı deyil, Birinci Qarabağ savaşı dönəmindən bugünədək itikin düşənlərdir.

Məlum olduğu kimi, təcavüzkar Erməsnistan havadarlarının dəstəyi ilə Azərbaycanın rayonlarnı və yaşayış məntqələrini işğal etdkcə, soydaşlarımızı əsir və girov götürüblər. Mən 15 ildən artıq idi Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşam. Biz, hətta o dövrlərdə də 3- cü dövlət, Qırmızı xaç təşkilatları və digər təşkilatlar vasitəsilə Ermənistana sorğu göndərir, itkin düşmüş insanların taleyi ilə bağlı məlumatlar verilməsini, girovların qaytarılmasını tələb edirdik. İtkin düşənlərin çox cüzi hissəsi tapılıb qaytarıldı, ancaq 3 min 890 nəfər haqqında indiyədək heç bir məlumat verilməyib. Ona görə də həmin şəxslər bizim tərəfimizdən itkin düşmüş hesab olunurlar. Bu da iddiada ös əksini tapıb.

İddianın ikinci istiqaməti üzrə Azərbaycan tərəfi haqlı olaraq, 2020- ci ilin iyul təxribatı ilə bağlı Ermənistan tərəfindən Tovuz istiqamətində baş vermiş təxribatda yenə də vətəndaşlarımızın Avropanın İnsan Hüqulqarı Konvensiyasının tələbləri ilə hüquqlarının pozulması məsələsini qoyub.

Ücüncüsü 44 günlük Vətən müharibəsinə aid olan məslələrdir. Bu arada, qeyd olunur ki, 44 günlük müharibə Azərbaycanın Qələbəsi ilə başa çatsa da, müharibə dövründə Ermənistan tərəfi qeyri- insani rəftar, eyni zamanda, ən böyük humanitar hüquq olan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmuş və döyüş bölgələrindən kənarda olan ərazilərimizi, yaşayış məntəqələrimizi ağır artilleriydan, uzaq ballestik raketlərdən atəşə tutmuş, həm fosforlu bombalardan, həm də digər qadağan olunmuş silahlardan istifadə edib. Bunun nətiəsində, 93 mülki şəxsimiz həlak olub. Onlardan 12-i uşaq, 28 -i qadın olmaqla, 423 nəfər isə yaralıdır. Onların da yenə də 104 –ü qadın, 5- i uşaqdır. Bunlar da iddiada öz əksini tapıb. Ümumilikdə , vurlan bütün zərər Ermənistandan tələb olunur. Təbii ki, gələcəkdə diğər faktlar və məlumatlar iddiaya əlavə olunacaq.

Dördüncü də yenə Ermənistan tərəfindən işğal nəticəsində ərazilərin minalanması və dağıdılmış şəhərlərin, kəndlərin olması və ötən il 10 noyabr bəyanatından sonra Ermənistan ərazsindən silahlı birləşmələrin Dağlıq Qarabağa göndərilməsilə bağlı Azərbaycan vətəndaşlarının haqlı olaraq, bu ərazilərə geri qaytarılmasının, məskunlaşması çətinləşməsidir. Ermənistan dövlətindən həmin iddiaların təmin edilməsi ilə bağlı addımlar atılması tələb olunur. Bir daha qeyd edim ki, bu, ilkin iddiadır və bunu vaxt itirməmək məqəsədilə təqdim etmişik. Gələcəkdə daha tutarlı, qiymətləndirilmiş və faktlara, hüquqa söykənən məlumatlar bu iddiaya əlavə olunacaq.

– Təcrübəli hüquqşünas kimi, deyə bilərsinizmi ki, Avropa İnsan Haqları Məhkəməsi bu iddianı təmin etməsin? O zaman daha hansı vasitələrdən istifadə edə bilərik?

– Düşünürəm ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanın əleyhinə qərar çıxarması qeyri- mümkündür. Çünki artıq Avropa Məhkəməsində presedent hüququ var və bu, təkcə bizim respublikamızla yox , bir neçə ölkə ilə bağlıdır. Xatırlayırsınza, 2005- ci il aprelin 6 – da respublikamızın bir qrup vətəndaşı Avropa İnsan haqları Məhkəməsinə müraciət etmişdi. Məhkəmənin 2011 – ci il 14 dekabr qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Avropa İnsan Haqları Məhkəməsi Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı iddiası üzrə 2015- ci il iyunun 16- da qərar qəbul etmişdir. Qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 8- ci, 13- cü və 14- cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1- ci maddəsinin pozuntusu haqqında qərar qəbul etmiş və beləliklə, Azərbaycan vətəndaşlarının iddiası təmin edilmişdir. Azərbaycan Hökuməti bu işdə üçüncü tərəf qismində çıxış etmişdir. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim edildikdən 10 il sonra işə baxılmış və ərizəçilərin iddiaları təmin olunmuşdur. Bunu misal çəkməkdə məqsəd odur ki, yanvarın 15- də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdə məqəsədimizin vaxt udmaq olduğunu diqqətə çatdırmaq istərdim.

Avropa İnsan Haqları Məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı iddiası üzrə qəbul etdiyi qərarda bir neçə məqam Ermənistanın işğalçı, Azərbaycan ərazisnin bir qisminin təcavüzkar ölkənin nəzarətində olduğunu bir daha təsdiqləyirdi. Hətta həmin qərarda qeyd olunur ki, təxminən 150 minlik əhalis olan “Dağlıq Qarabağ respublikası” – tanınmayan respublika ( təbii ki, bu, Ermənistan tərəfindən şişirdilmiş rəqəmdir - Ç.Q.) 7 milyon əhalisi olan Azərbaycana qarşı savaş açmaq iqtidarında deyildir və bu, işğal Ermənistan silahlı birləşmələri tərəfindən həyata keçirilib. Yəni, artıq Avropa Məhkəməsinin belə bir təcrübəsi və qərarı var. Qanunda, xüsusilə beynəlxalq hüquqda , əsasən, presedentə istinad olunur. Presedent də Avropa İnsan Haqları Məhkəməsinin özünün qəbul etdiyi qərar.

Artıq son vaxtlar xeyli beynəlxalq təşkilatların, o cümlədən ölkəmizdəki diplomatik korpusların nümayəndələri işğaldan azad edilmiş ərazilərə gedir, orada ermənilərin törətdikləri vəhşiliklərin, barbarlığın şahidi olur, isti ocaqlarından didərgin salınmış soydaşlarımızla görüşürlər. Artıq beynəlxalq ictimaiyyət də doğma yurdlarından didərgin salınmış soydaşlarımızın sayını bilir. Belə olan halda, təbii ki, Ermənistan dövləti uduzan tərəf olacaq və ölkəmizə vurduğu maddi və mənəvi zərərə görə təzminat ödəmək məcburiyyətində qalacaq. Təzmnatın məbləğnə gəlincə, bunu hələ dəqiq demək mümkün deyil. Cənab Prezident də dəfələrlə qeyd edib ki, beynəlxalq qiymətləndirici təşkilatların nümayəndələri də daxil edilməklə həmin ərazilərdə qiymətləndirilmə işləri aparılacaq. Hələlik qarşıda duran əsas vəzifələrdən biri ərazilərin minalardan təmizlənməsidir. İddia ərzəsində də bu fakt öz əksini tapıb.

Təbi ki, qiymətləndirmə tam başa çatdıqdan sonra bu da iddia ərizəsində öz əksini tapacaq. Bu işlərdə beynəlxalq ekspertlərdən istifadə etməyimiz gələcəkdə bizim həmin təşkilatlar qarşısında bu məsələlərin müzakirəsi zamanı üstünlük əldə etməmizə əlverişli şərait yaradacaq. Qiymətləndirmədə beynəlxalq təşkilatların nümayəndələrinin olması çox vacibdir. Bu yaxınlarda Amnesty International təşkilatı Ermənistanın barbarlıq, vəhşi hərəkətini tənqid edən bir hesabat yaydı. Bu cür təşklatların belə açıqlamaları və hesabatları bizə əsas veir ki, gələcəkdə bu sənədləri də ortaya qoymaqla üstünlük qazanmış olarıq. Çünki bu hesabat beynəlxalq təşkilat tərəfindən yayılıb. Məhz buna görə də möhtərəm Prezidentimiz haqlı olaraq deyir ki, bu cür işlərə beynəlxaq təşkiatların nümayəndələrinin dəvət olunması mütləq lazımdır. Həmişə haqlı tərəf qalib olur. Azərbaycan haqlıdır və Avropa İnsan Haqları Məhkəməsində də qalib gələcəyimizə şübhə ola bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm