Nida Xəbər
Fuad Axundov: "Ermənistan açıq səma altında vandalizm "muzeyi"dir"
Bu gün Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov CBC TV-yə müsahibəsində bildirib.
“Ermənistan bütün Azərbaycan memarlığını dağıdıb, onu özünün yeni tikililəri ilə əvəz etməklə öz memarlıq görünüşünü tamamilə dəyişdirən yeganə ölkədir. Tam əminliklə söyləmək olar ki, bura açıq səma altında vandalizm “muzeyi”dir. Dünyada bu cür başqa bir ölkə yoxdur”, - deyə Fuad Axundov qeyd edib.
F.Axundov həmçinin bildirib ki, Azərbaycan irsini təşkil edən tarixi, mədəni və dini abidələri məhv etdikdən sonra Ermənistan bütün şəhər və kənd adlarını tamamilə dəyişdirərək şəhərləri yenidən qurub.
“Yerli Azərbaycan əhalisini öz ölkəsindən qovmaqla Ermənistan Azərbaycanın bütün tarixi irsini məhv etdi, bütün toponimləri və hidronimləri dəyişdirdi, həmçinin Alban kilsələrinin qədim memarlığını da erməniləşdirdi. Ermənistanın bütün ərazisində on minlərlə azərbaycanlının qəbrləri dağıdıldı”, - deyə F.Axundov qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
