Nida Xəbər
Əli Məsimli: “Bu məsələdə etinasızlıq aradan qaldırılmalıdır”
Ombudsmanın 2020-ci il üçün məruzəsi geniş, əhatəli və sistemlidir. Bu məruzədə ombudsmanın 44 günlük müharibə zamanı bölgələrdə faktaraşdırıcı missiyasını və beynəlxalq qurumlarla apardığı işi müsbət hesab edirəm.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Ombudsmanın illik məruzəsi ətrafında çıxış edən deputat Əli Məsimli deyib.
Millət vəkili əlavə edib ki, COVID-19 pandemiyası səbəbindən Ombudsman İnstitutunun müraciətləri elektron şəkildə qəbul etməsi müsbət hadisədir: “Bu müraciətlərin artması Ombudsmanın məruzəsinin kəsərli olması ilə yanaşı, irəli sürdüyü 30-dan çox təklifin ortaya çıxmasında əhəmiyyətli rol oynayıb”.
Əli Məsimli qeyd edib ki, cəmiyyəti narahat edən bir sıra problemlərin sənəddə əks etdirilməsi bu problemlərin həllini vacib edir.
Deputat həm də bəzi təkliflərlə çıxış edib. Deyib ki, deputat kimi onlara daha çox müraciətlər iş yerlərinin təmin edilməsi ilə bağlıdır: “Bu məsələdə etinasızlıq aradan qaldırılmalıdır. Eləcə də şəhid ailələri və qazilərlə bağlı problemlər həll edilməlidir. Biz onlara borcluyuq. Bu həm də insanlıq məsələsidir. Həmkarım Aqil Abbasın qaldırdığı məsələ yerində olan məsələdir”.
Ə.Məsimlinin digər təklifi ünvanlı sosial yardımla bağlı olub: “Ehtiyac meyarından aşağı gəliri olan insanlar belə yardım almalıdır. Bu məsələdə fərqli yanaşma olmamalıdır”.
Aprelin 2-nin BMT tərəfindən dünyada Autizm Günü kimi qeyd edildiyini xatırladan deputat hesab edir ki, autizm sindromu yaşayan uşaqlara münasibətdə biganəliyin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır: “Belə sindrom daşıyan uşaqlara verilən müavinətlər məsələsinə baxmaq, onları qayğı ilə əhatə etmək lazımdır”.
Əli Məsimli deyib ki, Ombudsman məruzəsinin sonunda irəli sürülən təkliflərdə həm də qanunvericilikdə müəyyən dəyişiklikləri təklif edib: “Məsələn, pensiya yaşına çatmayan kişilərin 7, qadınların isə 10 il qalmış işdən çıxarılmasının qadağan edilməsinə dair maddənin qanunvericiliyə salınması yaxşı təklifdir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
