Nida Xəbər
Azay Quliyev missiya rəhbəri təyin edildi
Azay Quliyev Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniya Respublikasında keçiriləcək parlament seçkilərini ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində müşahidə etmək üçün aprelin 20-də bu ölkəyə səfər edəcək.
Azay Quliyev bu ilin martın 25-də ATƏT-in sədri və İsveç Krallığının Xarici İşlər naziri Ann Linde tərəfindən 25 apreldə Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib. O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 130-a yaxın beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.
ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Albaniyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.
Aprelin 25-də isə Azay Quliyev seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.
Aprelin 26-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev parlament seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək.
Səfər aprel ayının 27-si yekunlaşacaq.
Tural Turan
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO










.jpg)



.jpg)






















.jpg)


