Nida Xəbər
Baş nazir Kəlbəcərdə saxlanılan erməni diversantlardan danışdı
Hörmətli həmkarlar, mənim Ermənistanın baş nazirinin müavinin səlahiyyətlərini icra edən şəxsə və Sizə sualım var: Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı? Onlar bizim ərazini niyə minalayırdılar?
Publika.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib.
O, MDB Hökumət Başçıları Şurasının üzvlərini Ermənistan hərbçilərinin mayın 27-də Azərbaycanın Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində törətdikləri təxribat barədə məlumatlandırıb.
Baş nazir bildirib ki, Ermənistandan olan bir qrup silahlı şəxs Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərib, nəticədə altı nəfər erməni hərbçisi tərksilah edilib və əsir götürülüb.
Azərbaycanın Baş naziri xüsusi vurğulayıb ki, Azərbaycan tərəfi insident baş verən ərazi barədə bütün məlumatlara, o cümlədən həmin yerin coğrafi koordinatlarına (en və uzunluq dairələri, saniyə dəqiqliyi ilə) malikdir. Ə.Əsədov iclas iştirakçılarının diqqətini Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsin və bu ölkənin baş qərargah rəisinin müavininin insident barədə bəyanatlarındakı ciddi uyğunsuzluqlara cəlb edib. Qeyd edilib ki, Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə cəhd edir və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etməyə çalışır.
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
Sosial09:45Hazırda bu yollar bağlanıb - Sürücülərə XƏBƏRDARLIQ




































