Nida Xəbər
Ombudsmanın regional mərkəzləri 28 Maya həsr olunan tədbirlər keçirdilər
28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri tərəfindən onlayn tədbirlər təşkil edilib.
Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ombudsmanın Gəncə Regional Mərkəzi Ağstafa rayon Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirib.
Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Şəki şəhər Mərkəzi Kitabxanası ilə birgə “Azərbaycan Xalq Cümhuriyyəti-Şərqin ilk Demokratik Respublikası” mövzusunda videokonfrans keçirilib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə Astara rayon Heydər Əliyev Mərkəzi, Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi, həmçinin Astara rayon Pedaqoji Kolleci, rayon Tarixi-diyarşünaslıq muzeyi və M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi ilə birgə “Tariximizin şanlı səhifəsi” adlı videokonfrans təşkil edib.
Ombudsmanın Quba Regional Mərkəzi isə bu mövzuda Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə, fəal oxucularınn iştirakı ilə onlayn tədbir təşkil edib.
Çıxışlarda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğu qeyd olunub. Regional mərkəzlərin rəhbərləri Cümhuriyyət tərəfindən insan hüquqlarının təmini istiqamətində bir çox dünya dövlətlərindən öncə irəli sürülmüş xüsusi əhəmiyyətli təşəbbüslər barədə danışıblar.
Videokonfranslarda edilən çıxışlarda bu il Respublika Gününün zəfər əhval-ruhiyyəsi ilə qeyd olunduğu diqqətə çatdırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyətli rolu vurğulanıb.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)






.jpg)















.jpg)



.jpg)

